BNA narahatçılığa son qoydu, gediş kartları dəyişməyəcək

Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş “BakıKart” vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hər hansı bir yenilik nəzərdə tutulmayıb. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir. Qeyri müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur.

Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş "BakıKart" vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hər hansı bir yenilik nəzərdə tutulmayıb. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir. Qeyri müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur.

KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31