YAP-ın namizədi Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir

"Yeni Azərbaycan Partiyasının namizədi Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir. Hesab edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu sübuta yetirib”.

"Yeni Azərbaycan Partiyasının namizədi Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir. Hesab edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu sübuta yetirib". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki, bu fikir Milli Məclisin deputatı Sahibə Qafarova səsləndirib. O, bildirib ki, seçkilər bu gün keçirilsə belə yenə Prezident İlham Əliyev çox böyük səs çoxluğu ilə qalib gələr. Bu da səbəbsiz deyil: "Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirdi. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır". Millət vəkili deyib ki, İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində böyük fabriklər, zavodlar, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr istifadəyə verilib: "Prezident İlham Əliyev həmişə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz cənab Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31