Gündəm

Qardaşlardan narkotik vasitə götürülüb

8 Fevral 2018 14:57

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçidikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri, əvvəllər məhkum olunmuş iki qardaş - Seymur və Kəmaləddin Talıbovlar olmaları müəyyən edilib. Baxış zamanı Seymurdan 120 qram, qardaşından isə 114 qram tiryək aşkar edilib.

Yüksək dozalı narkotik qəbul etdi, dünyasını dəyişdi

8 Fevral 2018 14:56

Bakıda narkotik aludəçisi yüksək dozalı narkotik qəbul edərək ölüb. Bu haqda Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib. Belə ki, fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyaxın meyitinin mənzilində tapılması barədə daxil olan məlumat əsasında Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər aparılıb.

Eldar İbrahimov: “Növbədənkənar seçkilərə hazırıq”

8 Fevral 2018 14:53

“Fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayı çox möhtəşəm keçdi. Hətta budəfki qurultay məhtəşəmliyinə görə digərlərindən fərqlənirdi. YAP-ın İcra Katibliyi qurultayı çox yüksək səviyyədə təşkil etmişdi”. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov təmsil etdiyi partiyanınn bugünkü qurultayı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Komitə sədri: “İlham Əliyev növbəti dəfə böyük səs çoxluğu ilə qələbə qazanacaq”

8 Fevral 2018 14:52

“Yeni Azərbaycan Partiyasının VI qurultayı möhtəşəm keçdi. Qurultayda məruzə ilə partiyamızın sədri, cənab İlham Əliyev çıxış etdi. Bildiyimiz kimi, İlham Əliyev 2003-cü ildə prezident , 2005-ci ildə isə YAP-ın sədri seçilib. Cənab prezident öz məruzəsində 2005-ci ildən bu günə kimi görülən işlərə toxundu.

“Kitabi-Dədə Qorqud” dastanında Naxçıvan mövzusuna işıq salan dəyərli nəşr - “Dədə Qorqud yurdu -Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas

8 Fevral 2018 14:51

Bu günlərdə AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşının bir neçə ildir davam edən yorulmaz axtarışlarının və tədqiqatlarının nəticəsi olaraq “Dədə Qorqud yurdu -Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas” kitabı böyük formatda və yüksək poliqrafik dizaynda “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində çapdan çıxıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının        Tədbirlər Planına əsasən çap olunan 450 səhifədən çox olan nəşrin məsul redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.

Prezident İlham Əliyev: "2018-ci il sürətli inkişaf ili olacaq"

8 Fevral 2018 14:48

“Bizim ən  böyük dəyərimiz müstəqilliyimizdir və müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevdir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib. 

Dövlət başçısı: “Ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək”

8 Fevral 2018 14:47

“Bundan sonra da ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Azərbaycan prezidenti: "Ermənistanı təcrid siyasəti torpaqlarımız azad olunana kimi davam etdiriləcək"

8 Fevral 2018 14:46

“Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Azərbaycan prezidenti “Thales International” şirkətinin I vitse-prezidentini qəbul edib

8 Fevral 2018 14:45

Azərbaycan prezidenti İlham Əliyev “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.  

Prezident: “Azərbaycanda bütün azadlıqlar təmin olunub”

8 Fevral 2018 14:43

“Azərbaycanda aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının ideyaları xalq tərəfindən dəstəklənir”. Məlumata görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Azərbaycanda QORXUNC OLAY: inanılmaz silahlar aşkar şəkildə satılır - QİYMƏTLƏR (FOTOFAKT)

8 Fevral 2018 14:39

Azərbaycanda alışı, satışı və istifadəsi qanunla qadağan edilən soyuq silahlar, beşbarmaq, qələm formasında olan gözyaşardıcı qazlar sosial şəbəkədə açıq şəkildə satışa çıxarılıb. İnstaqramda "1001_online_magaza" adlı səhifədə istənilən forma, dizayn və ölçüdə beşbarmaq, bıçaq, habelə soyuq silah sayıla biləcək digər vasitələr almaq mümkündür. Bundan əlavə, səhifədə gizli kamera və digər vasitələr də satılır.

Azərbaycanda internet niyə zəifdir? – Ekspert açıqladı

8 Fevral 2018 14:33

Son dövrlər ölkə ərazisində internetin keyfiyyəti ilə bağlı ciddi problemlər yaşanır. Hətta bəzi provayderlərin internet təminatında qısa fasilələr də müşahidə olunur. Bir sıra özəl provayderlər isə bu problemin onlardan qaynaqlanmadığını bildirirlər.

Bioloji və ya beyin ölümü necə müəyyən ediləsək?

8 Fevral 2018 14:32

Azərbaycanda tibb elminin inkişafı bir sıra vacib addımların atılmasını tələb edir. Məlum olduğu kimi ölkədə fəaliyyət göstərən səhiyyə ocaqlarının böyük əksətiyyəti müasir tibbi avadanlıqlarla təchiz olunub, yüksək ixtisasa malik peşəkar həkimlər ordusu yaradılıb. Hazırda ölkədə ən çətin əməliyyatlardan hesab olunan ürək, böyrək, qaraciyər köçürmələri uğurla həyata keçirilir. O da məumdur ki, orqan transplantasiyasının həyata keçirilməsi üçün uyğun donorlara ehtiyac duyulur. Lakin qanunvericilikdəki boşluqlar donorun əldə edilməsinə imkan vermir. Buna səbəb beyin ölümünün diaqnozunun qoyulması qaydasının təsdiq edilməməsi idi.

Azərbaycanda turizmin inkişafını şərtləndirən başlıca amillər

8 Fevral 2018 14:27

Son illərdə Azərbaycanda qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə inkişafı turizm sektorunun inkişafına da öz müsbət təsirini göstərib. Ümumiyyətlə isə, 2004-cü ildən etibarən ölkədə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə turizm sektorunun inkişafına öz müsbət təsirini göstərib. Dövlət Proqramının icrası çərçivəsində turizm istirahət zonalarında mehmanxana və otellər şəbəkəsinin yaradılması, infrastrukturun yenilənməsi xarici turistlərin ölkəmizə olan marağını artırıb. Bunu istər keçən ilin yekunları, istərsə də bu ilin yanvar ayına olan statistik göstəricilər də təsdiqləyir.