Gündəm

Özəlləşdirilmə siyasəti müsbət nəticəsini verməkdədir

8 Fevral 2018 14:26

Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən birini də özəlləşdirmə təşkil edir. Təsadüfi deyil ki, ötən müddət ərzində ölkəmizdə özəlləşdirmə siyasəti gözlənilən effektiv nəticələri verib və iqtisadi inkişafın sürətlənməsində, azad biznesin dərinləşməsində, xarici sərmayədarların respublikamıza axınında və milyardlarla dollar investisiyaların qoyuluşunda mühüm rol oynayıb.

Qazax milyarderin qızının toyu: 200 min dollarlıq tort verildi - VİDEO

8 Fevral 2018 14:22

Qazaxıstanın Şımkent şəhərindəki beşulduzlu "Rixos Dahisa" otelində "ilin toyu" adlandırılan toy olub. Milyarder iş adamı Srikjan Seytjanovun nəvəsi Amirjan ilə milyarder Kayrat Satıbaldının qızı Arujan evləniblər. T

Nuriyyə Əhmədova yad edildi

8 Fevral 2018 14:19

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda Xalq Artisti Nuriyyə Əhmədovanın xatirə gecəsi keçirilib. Fonddan Olaylar.az –a bildirilib ki, tədbirdə Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev Nuriyyə xanımın həyat və yaradıcılığından geniş söz açıb. Onun canlandırdığı ekran əsərlərindəki rolların xatirələrdən silinməyəcəyini vurğulayıb.

Bakıdakı məşhur kafedən qadağa - Sevgililər yanaşı otura bilməz

8 Fevral 2018 14:15

Bakıda fəaliyyət göstərən kafelərin birində tətbiq olunan yeni qayda müştərilərinin etirazına səbəb olub. “Bazaar Delights Cafe”nin əməkdaşları sözügedən məkana üz tutan cütlüklərə yanaşı oturmağa icazə verməyib. Onlara bildirilib ki, yeni qaydalara əsasən cütlüklər yalnız üzbəüz otura bilər. Həmçinin, kafedə qucaqlaşan digər cütlüyə də xəbərdarlıq edilib. Müştərilər qarşılaşdıqları hadisəni sosial şəbəkədə paylaşdıqdan sonra kafeyə qarşı kampaniya başlayıb. Belə ki, 300-dən çox şəbəkə istifadəçisi kafenin rəsmi feysbuk səhifəsinə 1 ulduz verməklə bu yeniliyin müştərilərə qarşı hörmətsizlik olduğunu qeyd edib. Qərarı gülüş obyektinə çevirənlər də az olmayıb.

Sürüşmə zonası ilə bağlı YENİ XƏBƏR: "Burada təhlükə ondan ibarətdir ki..."

8 Fevral 2018 14:13

Son günlər ərzində Bayıl yamacında - Teleqüllənin yaxınlığında sürüşmə prosesi, demək olar ki, dayanıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. R.Həsənovun sözlərinə görə, son günlər ərzində yağıntılar müşahidə edilmədiyindən ərazidə vəziyyət stabildir: "Teleqüllənin yaxınlığında monitorinq məqsədilə quraşdırılmış mayaklarda heç bir dəyişiklik müşahidə edilməyib. Prosesin dinamikasında aktivləşmə yoxdur. Buna görə də sürüşmə sahəsinin genişlənməsi, çatların genişlənməsi müşahidə edilməyib". R.Həsənov əlavə edib ki, sürüşmə sahəsinin bir hissəsi evləri də əhatə edir.

Bakıda uşaqlardan ibarət cinayətkar dəstə tutuldu - Aralarında qız da var

8 Fevral 2018 14:12

DİN-dən verilən məlumata görə, fevralın 7-də gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

"3.5 milyon qaçqını həmişə Türkiyədə saxlayacaq deyilik"

8 Fevral 2018 14:10

Qaçqınların bir qismi Türkiyədə qala bilər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. "Türkiyəni məşğul etmək üçün tələ qurdular, dəf etdik. Hədəflərimizdən dönmədik. Fərat qalxanı əməliyyatı ilə 3000-ə yaxın İŞİD terrorçusunu məhv etdik. 2 min kvadrat kilometrlik ərazini terrorçulardan azad etdik. 135 min qaçqının torpaqlarımıza qayıtmasına yardım etdik.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 53-cü kitabı çapdan çıxıb

8 Fevral 2018 14:08

"Biz üzv olduğumuz bütün təşkilatlarda fəal iştirak edirik, maraqlarımızı qoruyuruq və götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz də ola bilməz. Bu, aksiomdur. Çünki əgər o təşkilatın üzvü deyiliksə, biz hansısa öhdəliyi necə götürə bilərik?! Heç bir təşkilat, heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt qoya bilməz. Çünki bu qəbuledilməzdir. Biz bunu qəbul etmirik. İkitərəfli təmaslarda mən şəxsən öz fikirlərimi çox açıq şəkildə ifadə edirəm ki, bizə ancaq bərabərhüquqlu yanaşma yaraşır. Çünki başqa cür ola bilməz. Biz heç kimin qabağında gözükölgəli deyilik. Heç kimdən asılı deyilik".

Xətaidə 20 mərtəbəli binada yanğın - 20 nəfər təxliyə edilib

8 Fevral 2018 14:06

Bakı şəhəri, Xətai rayonunda 20 mərtəbəli yaşayış binasında yanğın baş verib. Fövüəladə Hallar Nazirliyindən “OLaylar”a verilən məlumata görə, nəticədə binanın şaxtasında 60 p.m elektrik kabelləri, zirzəmisində 52 ədəd elektrik sayğacı və çardağının yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Strateji Yol Xəritəsi üzrə müzakirələr davam etdirilir

8 Fevral 2018 14:04

İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Nazirlikdə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, təhsil, maliyyə, vergilər və ədliyyə nazirliklərinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirak etdiyi iclasda İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası üzrə görülmüş işlər müzakirə edilmiş, nəzərdə tutulan işlərə dair fikir mübadiləsi aparılmışdır.

AŞ-ın Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupu MM-də olub

8 Fevral 2018 14:02

Milli Məclisdə Gənclər və idman komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupu ilə görüşüblər. “Olaylar” xəbər verir ki, komitə sədri Fuad Muradov bildirdi ki, idman sahəsində mühüm nailiyyətlərə imza atan, mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycanda antidopinqin vacibliyi daim diqqətdə saxlanılır. Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Antidopinqlə bağlı milli qanunvericilik bazası yaradılıb, 2016-cı ildə müvafiq qanun qəbul olunub.

Əli Məsimli Baltik Assambleyasının tədbirinə qatılıb

8 Fevral 2018 14:00

Milli Məclisin deputatı, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli Baltik Assambleyasının İqtisadiyyat, energetika və innovasiyalar, Təbii ehtiyatlar və ətraf mühit məsələləri üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün Litvanın paytaxtı Vilnüs şəhərinə səfər edib.

Elmar Məmmədyarov Brüsselə gedib

8 Fevral 2018 13:59

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə yola düşüb. Bu barədə XİN-dən “Olaylar”a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında iştirak etmək üçün fevralın 8-da Brüsselə yola düşüb.

“BakuBus” avtobusundan oğurluq edildi

8 Fevral 2018 13:58

Bir qurup şəxs əlbir olaraq əvvəlcədən planlaşdırılmış şəkildə “BakuBus” avtobusuna daxil olaraq, qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicini oğurlayıb. “BakuBus” MMC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, hadisə 06.02.2018-ci il tarixində saat 20:08 radələrində 8 saylı marşrut xətti üzrə 28 May m/s-dan Azadlıq m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-116 dövlət qeydiyyat nişanlı avtobusun Bakı Dövlət Sirki dayanacağına yaxınlaşarkən baş verib.