Gündəm
Səudiyyə Ərəbistanı nümayəndə heyəti bir sıra hərbi obyektlərdə olub
Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki. səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini, Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını, “N” nömrəli hərbi hissəni və Hərb Tarixi Muzeyini ziyarət ediblər.
ÜAK-ın yerində yeni diaspor təşkilatı yaradılıb - Rusiyanın Azərbaycan Konqresi
Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin yerində yeni Azərbaycan diaspor təşkilatı yaradılıb. Bu barədə akademik Fazil Qurbanov məlumat verib.
Türkiyə və Suriya ordusu ÜZ-ÜZƏ GƏLİR
Türkiyə ordusu ilə Əsəd rejiminin əsgərləri Suriyanın şimal-şərqində qarşı-qarşıya gələcək. Bu barədə İngiltərənin “Times” nəşri yazıb. Nəşr yazır ki, Türkiyə son zamanlar İdlib və Hələbin cənub-şərqindəki kəndlərə əsgər və tank birlikləri göndərib.
"YAP-ın Qurultayı Azərbaycan xalqının arzularını ifadə edən siyasi forum oldu"
“Yeni Azərbaycan Partiyasının VI Qurultayı çox yüksək səviyyədə keçdi. Bütün Azərbaycan xalqının istək və arzularını ifadə edən bir tədbir oldu ”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib. Qurultayda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin yaxın 10 ilin proqramını əks etdirən məruzə ilə çıxış etdiyin deyən M.Quliyev bildirib ki, Ölkə başçısı öz çıxışı ilə partiya üzvlərinə Azərbaycanın yaxın illərdə perspektivinin yolunu göstərmiş oldu: “Dövlət başçısı qurultayda Azərbaycana ictimai-sabitliyin nə qədər vacib olduğunu vurğuladı, ölkəmizin demokratik, hüquqi, sivil bir dövlət olduğunu və bu yolla da inkişaf edəcəyini göstərdi.
Erməni həkimləri sidiyi çayla qarışdırıb
Ermənistanın Masis (ULUXANLI) qəsəbəsinin baş həkimi Nune Avanesyan eyni xəstəxananın laboratoriyasına analiz üçün sidik yerinə çay verib. Nəticədə baş həkimə təhlil nəticələri təqdim edilib.
"Tezliklə yer üzərində mənim izim qalmayacaq" - Şabrandakı intiharın TƏFƏRRÜATLARI
Ötən gün Şabran rayonu ərazisində tapılan yanmış kişi meyitinin şəxsiyyəti məlum olub. Yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda yanmış meyiti tapılan şəxsin Beyləqan rayon sakini, 1945-ci il təvəllüdlü Mahmudov İlyas Qara oğlu olduğu müəyyən edilib. Həmin şəxs 22.01.2018-ci il tarixindən itkin düşmüş şəxs kimi Binəqədi rayonunda qeydiyyatda olub.
Əməkdar artistə cadu etdilər - Uşaq qəbrindən 160 qıfıl çıxartdı - VİDEO
Ötən gün "Hər şey daxil" verilişində qonaq olan baxıcı ona müraciət edən məşhurlardan birinin əməkdar artist Firuzə İbadova olduğunu deyib. Falçının "Firuzə İbadovaya baxdım. Dedim "Sizə güclü əməl ediblər. O əməli öz əllərinizlə çıxartmısınız". O da öz yaxın adamının uşaq qəbrindən 160 qıfıl çıxarıb" sözlərinə verilişdə qonaq olan xanım sənətçinin duet ortağı Cavanşir Məmmədov aydınlıq gətirib.
Fərman Ceyranlıya hökm oxunub
Tbilisi şəhər məhkəməsi “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə hökmü elan edib. Məlumata əsasən, məhkəmənin qərarı ilə F.Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub. Azərbaycanlı həkim ona qarşı irəli sürülən dələduzluq ittihamı üzrə günahkar hesab edilib. O, həyat və sağlamlığa təhlükə barədə informasiyanın gizlədilməsi və ya yalan məlumatın verilməsi ilə bağlı digər ittiham üzrə bəraət qazanıb.
AŞPA həmməruzəçilərinin Azərbaycana faktaraşdırıcı səfəri təxirə salına bilər
AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Predanın (Rumıniya) Azərbaycana faktaraşdırıcı səfəri təxirə salına bilər.
Aprel döyüşlərinin ilk romanı – “Ovçu”
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun daha bir romanı işıq üzü görüb. Müəllifin “Ovçu” romanı 2016-cı ilin Aprel döyüşlərinə həsr olunub. Roman Aprel döyüşlərinin şəhidlərindən biri, Milli Qəhrəman Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid oğullarımızın əziz xatirəsinə elegiyadır. Kitabın bədii redaktoru yazıçı Elçin Hüseynbəyli, hərbi ekspretləri isə Rey Kərimoğlu və Tofiq Şahmuradovdur.
Aktrisaların məhkəməsində vəkillərin mübahisəsi düşüb
Bu gün Səbail Rayon Məhkəməsində Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam etdirilib. Hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib. Daha sonra P.Abıyevanın vəkili C.Yusifov qarşılıqlı iddiaya etiraz edib.
Filmdəki rolu gerçək oldu - Acun "Survivor"a çağırdı
Aktyor Şahan Gökbakarın "Recep İvedik 4" filmində rol alan aktrisa Gamze Aksu "Survivor"a qatılıb. Adıçəkilən filmdə də "Survivor" iştirakçısı obrazını canlandıran aktrisanın rolu gerçək olub. Aparıcı-prodüser Acun İlıcalı Qamzeni "Könüllülər" komandasına daxil edib.
Ölü zənn etdikləri canavar ovçulara hücum etdi - DƏHŞƏT / VİDEO
İstinadsız xəbər verənlər məsuliyyət daşıyır — Müəllif Hüquqları Agentliyi
Son illərdə xəbər saytlarının sayının artması ilə yanaşı istehsal etdiyi özəl xəbərlərin istinadsız verilməsindən, oğurlanmasından narazı olan mətbuat nümayəndələrinin də sayı çoxalır.
Moskvada erməni oliqarx həbs edildi
Moskvada erməni əsilli biznesmen, Donbas Sənaye İttifaqının rəhbəri Oleq Mkrtıçyan həbs edilib. Rusiya mediası onun “Vneşekonombank”ın Donbas Sənaye İttifaqı üçün ayırdığı vəsaitləri mənimsəməkdə ittiham olunduğunu yazıb.














