Gündəm

Elon Maskın Teslası Marsın orbitindən çıxdı 

8 Fevral 2018 12:48

SpaceX-in “Falcon Heavy” raketinin üst hissəsində daşıdığı Tesla Roadster avtomobili Günəş sistemində planlaşdırılan hədəfdən xeyli uzağa gedir. Avtomobilin Günəş ətrafında, onu Mars orbitinin yaxınlarındakı bir yerə tərəf götürəcək orbitə oturdulması planlaşdırılırdı. Ancaq avtomobili daşıyan raket həmin orbitdən yan keçdi və Teslanı Marsla Yupiter arasındakı asteroid hövzəsinə doğru aparacaq orbitə yerləşdirdi.

Qəddafinin anasının məzarı partladıldı

8 Fevral 2018 12:44

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin anasının məzarı partladılıb. Bu barədə "Əl-Vasat" informasiya portalı məlumat verib. Siirtin 40 kilometr qərbindəki Aişə Qəddafinin məzarı naməlum hərbçilər tərəfindən hücuma məruz qalıb və dağıdılıb. TASS qeyd edir ki, Qəddafi 2011-ci ildə qətlə yetirildikdən sonra onun qohumlarının da məzarları məhv edilmişdir. Polkovnikin özü gizli olaraq Liviya çölündə dəfn edilib.

NASA yeni sualtı qayıq yaradır

8 Fevral 2018 12:43

NASA mütəxəssisləri Vaşinqton Universitetinin alimləri ilə birgə Titanda karbohidrogen ehtiyatlarının axtarışı üçün yeni bir sualtı qayıq hazırlayacaqlar. Sualtı qayıq 20 ilədək Saturnun peykinə buraxılacaq. Bu Phys.org saytında bildirilib.

Könül Xasıyevanın səhhəti pisləşib

8 Fevral 2018 12:40

Xalq artisti, xanəndə Könül Xasıyeva  2 ildən çoxdur ki, səhhətindəki problemlərlə mübarizə aparır.  Çıxışlarının birində “Özümü çox pis hiss edirəm. Onurğa sütunumda problem var. Bundan başqa şəkərim var. Öz ağrı-acılarımın mətbuata çıxmasını istəməzdim. Bu, mənim problemimdir. İstəməzdim ki, məni belə görsünlər. İndi ağrılarım çoxdur, Vallah çox danışa bilmirəm. Hər gün ağrıkəsici vurulur. Ümidim bir tək Allaha qalıb. O, mənə kömək olsun”- deyə bildirib.

Ədəbi dil normalarını pozan telekanallara bəd XƏBƏR

8 Fevral 2018 12:38

Azərbaycan televiziya və radio proqramlarında ədəbi dil normalarını pozan şəxslər cərimələnəcək. Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, sözügedən cərimələr yalnız televiziya və radio verilişlərinə yox, həm də reklam elanları və lövhələrinə də şamil olunacaq. Maraqlıdır, cərimələr nə qədər olacaq? Bununla bağlı layihə artıq müzakirə edilibmi?

Əsəddən GÖZLƏNİLMƏZ ADDIM

8 Fevral 2018 12:35

Suriyada PKK terror təşkilatının qanadı PYD Əsəd ordusunun hücumuna uğrayıb. Hücum zamanı PYD-nin qərargahında olan amerikalı əsgərlər də Suriya ordusu ilə vuruşub. 

Gözləri olmayan NAMƏLUM VARLIQ tapıldı - FOTOLAR

8 Fevral 2018 12:33

Avstraliyanın Kuinslend ştatında dəniz kənarında qeyri-adi məxluq tapılıb. Ştat sakinləri tərəfindən tapılan naməlum məxluqun gözlərinin olmadığı deyilib. Sahildə iti ilə gəzən Şerri Simpson deyir ki, qumun üzərində gördüyü məxluqu əvvəlcə ağac parçası zənn edib.

Zaqatalada 5 otaqlı ev yanıb

8 Fevral 2018 12:30

Zaqatalada yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun Kebeloba kəndində ümumi sahəsi 162 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 24 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Qida xəbərləri portalı fəaliyyətə başladı

8 Fevral 2018 12:29

Azərbaycanın ilk qida xəbərləri portalı - Foodinfo.az fəaliyyətə başlayıb. Oxucular portalda sağlam və zərərli qidalar, dieta qaydaları, marketlər, marketlərdən ideal alış-veriş qaydaları, restoranlar, keyfiyyətə nəzarət və s. barədə özəl xəbərlər, məqalələr oxuyacaqlar. Portalda habelə, qida şirkətləri, marketlər şəbəkəsi və s. üzrə müxtəlif reytinq cədvəlləri hazırlanaraq oxuculara təqdim ediləcək. Foodinfo.az qida xəbərləri portalının redaktoru jurnalist Orxan Əlidir.

“Gənc Elçilər” Proqramına start verilir

8 Fevral 2018 12:27

Ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası yenidən Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramı “Gənc Elçilər”ə start verir. “OLAYLAR” a daxil olan məlumata görə. proqram Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Nazir 3 ölkənin səfirini qəbul edib

8 Fevral 2018 12:25

Fevralın 7-də Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkmənistanın səfiri Məkan İşanqulyev, Meksika Birləşmiş Ştatlarının səfiri Rodrigi Lobardini və Tacikistan Respublikasının səfiri Rüstam Solini qəbul edib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüşlərdə Azərbaycan Respublikası ilə bu ölkələr arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri, hüquq-müqavilə bazalarının inkişaf etdirilməsi və onların əsasında konkret tədbirlərin əks olunduğu fəaliyyət planının hazırlanması, ölkələrimizdə keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Qurban Qurbanov 2:0 öndə

8 Fevral 2018 12:21

Azərbaycan millisinin iyunun 9-da keçirəcəyi yoxlama oyunu həm də tanış baş məşqçilərin dueli olacaq. Latviya millisinə rəhbərlik edən Aleksandr Starkov yığmamızın çalışdırıcısı Qurban Qurbanovla dəfələrlə qarşılaşıb.

Əfqan Muxtarlı azadlığa buraxıldı

8 Fevral 2018 12:20

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısı, bacısı və qardaşının övladının yas mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılıb. O, hazırda Zaqatala rayonundadır.

Bredd Pitt və Ancelina Coli boşanmayıblar

8 Fevral 2018 12:17

Məşhur aktyorlar, Hollivud ulduzları Bredd Pitt və Ancelina Coli hələ də boşanmayıblar. 42 yaşlı A.Colinin boşanma ərizəsi ilə məhkəməyə müraciət etməsindən artıq ilyarım keçir. Ərizə 2016-cı ilin sentyabrında verilsə də, boşanmanın şərtləri ilə bağlı proses davam edir. 53 yaşlı Bred Pitt və xanımı ötən ilin sonlarında məhkəməyə müraciət edərək prosesin uzadılmasını istəyiblər. "Onlar hər şeyin normal olmasını istəyirlər. Bredlə Ancelina ailə dəyərlərinə çox üstünlük verirlər. Asan deyil, amma onlar razılaşıblar ki, baş verənlərin geniş kütləyə heç bir dəxli yoxdur", - ailəyə yaxın mənbə deyib.

Türkiyədə hakim partiya üzvünün maşını qəzaya uğradı: yaralılar var

8 Fevral 2018 12:14

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə heyətinin üzvü Zeynəb Alkışın avtomobili qəzaya uğrayıb. Hadisə Şanlıurfa vilayətində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi nəticəsində Z.Alkış və ailə üzvləri xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta qiymətləndirilir.