Gündəm
Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə Beynəlxalq Konfrans keçiriləcək
Avropanın və dünyanın mötəbər mədəniyyət və idman tədbirlərinə ev sahibliyinə öyrəşdiyimiz Bakı şəhərində bu dəfə dünyanın avtomatika üzrə ən nüfuzlu təşkilatı olan IFAC-in (ay-fek-in) Avtomatik Nəzarət üzrə Beynəlxalq Federasiyanın (IFAC – International Federation of Automatic Control) dəstəyilə ilk dəfə olaraq 13-15 Sentyabr 2018-ci il tarixlərində Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik mövzusu üzrə 18-ci IFAC beynəlxalq konfransı - TECIS (Technology, Culture and International Stability – Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) keçiriləcək.
Uşaq hüquqları tədris olunur
Ümumi təhsil məktəblərində “Uşaq hüquqlarının pilləli tədrisi” proqramı çərçivəsində treninqlər təşkil olunur. “OLAYLAR” xəbər verir ki, tədris proqramı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə keçirilir.
MN: Erməni silahlı bölmələrinin təxribatının qarşısı alınıb, bir düşmən əsgəri məhv edilib, ikisi ağır yaralanıb
Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib. MN-dən verilən məlumatda bildirilir ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.
Ərdoğanla Putin razılaşdı: İstanbulda Zirvə...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Liderlər Afrin və İdlib məsələlərini müzakirə edib.
Yol kənarında yeni doğulmuş uşaq tapılıb
Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub. Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib.
8 min əhalinin gediş-gəlişi asanlaşacaq
Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 18 km olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası boyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin sevincinə səbəb olub.
BMT-nin Baş Qərargahında Ekspo 2025 Bakının təqdimat mərasimi keçirilib
BMT-nin Nyu Yorkdakı baş qərargahında Ümumdünya sərgisi Ekspo 2025 Bakı layihəsi üzrə danışıqlar qrupu tərəfindən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi ilə birlikdə Ekspo 2025 Bakı layihəsinin BMT üzv dövlətlərinə təqdimatı keçirilib. Ekspo 2025 Bakı Əməliyyat katibliyindən “OLAYLAR”-a bildirilib ki, təqdimata dünyanın 120-ə yaxın ölkəsindən nümayəndələr təşrif buyurub. BMT-nin Nyu Yorkdakı Baş Qərargahında Azərbaycan Respublikasının daimi nümayəndəsi səfir Yaşar Əliyev giriş sözü ilə çıxış edərək, Azərbaycanın bu gün “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etmək təşəbbüsünə dəstəyi səfərbər etmək məqsədilə bu vacib imkandan istifadə etdiyini vurğulayıb.
Trampın saçlarının SİRRİ AÇILDI - VİDEO
ABŞ prezidenti Donald Trampın Floridaya səfəri zamanı hava limanında çətin anlar yaşaması dünya mətbuatının gündəmini zəbt edib. Sosial şəbəkələrdə Donald Trampın saçı müzakirələrə səbəb olub. Belə ki, küləkli hava şəraiti ucbatından, təyyarəyə qalxan Trampın saçları dalğalanıb və başının bir hissəsində saçın olmadığı ortaya çıxıb. Sözügedən görüntülər isə jurnalist Eşli Faynberq tərəfindən çəkilib.
İtaliya Qarabağa görə erməni alimə qadağa qoydu
Dağlıq Qarabağda tədqiqat aparmış Ermənistan aliminin İtaliyada keçiriləcək beynəlxalq konfransa qatılmasına icazə verilməyib. Florensiya şəhərində keçiriləcək konfrans İran və Qafqaz ərazisindəki yeraltı abidələr və kurqanlara həsr olunub.
Falçı yanına gedən azərbaycanlı məşhurlar - VİDEO
Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin ötən buraxılışında məşhurların falçıda olub-olmaması haqda süjet hazırlanıb. "Fala inanırsınızmı? Falçı yanına getmisinizmi?" suallarına müğənnilər maraqlı cavablar veriblər.
Putin seçki günü Krıma gedəcək - Gözlənilməz addım
Rusiya Prezidenti Vladimir Putin prezident seçkisi zamanı səsini Moskvada yox, Sevastopolda verəcək. Bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Bu addımın Krımda seçki fəallığı ilə bağlı problemin qarşısını almaq üçün atıldığı bildirilir.
Türkiyə Rusiya ilə birgə ABŞ-a qarşı plan hazırlayır
Rusiya, İran və Türkiyə tərəfindən ABŞ-ın maraqlarına uyğun olmayan yeni bir plan qurulur. ABŞ-ın atacağı hər bir addım isə sözügedən ölkələrin yaratmaq istədiyi planı pozmağa yönəlik olacaq. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Suriyada başqa hesabları olduğu istiqamətindəki mesajını dəyərləndirən AKP-çi Məhməd Mətinər deyib.
Qarabağla bağlı elə bir şərait yaradılıb ki... - Politoloq
Böyük dövlətlər də çox gözəl başa düşürlər ki, status-kvonu Dağlıq Qarabağda saxlamaq mümkün deyil. Bu sözləri fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Dağlıq Qarabağ məsələsinin həlli yönündə aparılan danışıqların prinsipləri məlumdur: “Bu prinsiplərin işə düşməsi üçün ilk növbədə erməni qoşunları işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır.
Türkiyə bu məsələdə Avropaya boyun əyməyəcək – Şərh
Bəzi məsələlərdə Avropa Birliyi ilə Türkiyə arasında ciddi fikir ayrılığı qalmaqdadır. Bu sözləri Türkiyə ilə Avropa Birliyi arasında keçiriləcək sammiti şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Türkiyə üçün Avropa Birliyi ilə danışıqların gündəliyində yalnız üzvlük məsələsinin müzakirəsi ön planda durur: “Ankaranı hazırda başqa formulalar maraqlandırmır. Ümumiyyətlə, bu, çox ciddi məsələdir.
ABŞ generalından şok: YPG-ni qorumaq üçün burdayıq
ABŞ əsgərləri türk ordusunun 1.5 kilometrliyində, Menbiçlə “Fərat qalxanı”nın birləşdiyi ərazidə PKK terrorçuları ilə birlikdə keşik çəkir. ABŞ ordusunun yüksək rütbəli zabiti general Pol Funkın Menbiçə səfəri və burada PYD/YPG terrorçuları ilə çəkilmiş fotoları qardaş ölkədə böyük rezonans doğurub.














