Gündəm
Rusiya ən güclü qırıcısının sınaqlarına başlayır
Rusiya özünün beşinci nəsil Su-57 təyyarələrinin döyüş sınaqlarına başlayır. Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov söyləyib. Onun sözlərin görə, bu təyyarənin dövlət sınağının birinci mərhələsi artıq başa çatıb. O, tezliklə, 12 Su-57 təyyarəsinin sifariş ediləcəyini, bunlardan ikisinin 2019-cu ildə ordunun tabeliyinə veriləcəyini bildirib.
YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb
Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb.
Çinin Şaansi əyaləti ilə əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasına səfər çərçivəsində Şaansi əyalətinin qubernatoru Liu Goucun ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Şaansi əyaləti ilə əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əlaqələrini, tranzit əlaqələrinin genişləndirilməsinin prioritetliyini vurğulayıb, ölkəmizin Çinin regionları ilə də əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Ekspert: “Neftin qiymətində ucuzlaşmalar davamlı olarsa…”
Brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşıb. 70 dollarlıq psixoloji həddi keçən “qara qızıl” yenidən dəyər itirməkdədir. Bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar. İqtisadçı ekspert Vüqar Bayramov “Olaylar”a bildirib ki, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı həmçinin spekulyativ müdaxilələr ilə bağlı idi: “Bəzi hedg və valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar.
YAP-ın qurultayı keçirilir
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti VI qurultayı keçirilir. Məlumata görə, qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək. Qurultayda partiyanın sədri, Azərbaycan prezidenti İlham Əliyev çıxış edir.
MTRŞ radiolardan birinə ciddi xəbərdarlıq edib
“Milli Televiziya və Radio Şurasının (MTRŞ) apardığı monitorinqlər göstərir ki, “Avto FM” (107.7) radiosu ixtisaslaşmış radio yayımçısı kimi yayım konsepsiyasına uyğun olmayan formada fəaliyyət göstərir. Bu radio əslində yol-nəqliyyat məsələləri ilə bağlı maarifləndirici-informativ proqramlar yayımlamalıdır. Çox təəssüf ki, radionun efirində bu səpkili heç bir verilişə rast gəlinmir”. Bunu MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Bu silkələnmə Rusiyanı dağıdacaq – Rabinoviç
“Kreml hesabatı” onu göstərir ki, Rusiya 2014-cü ildən bu yana bütün dünya üçün zərərli ölkə statusu daşıyır və bu, gələcəkdə onu məhv edə bilər. Bu sözlər rusiyalı iqtisadçı Slava Rabinoviçin “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, bu sənəd “Damokl qılıncı” kimi bütün rusiyalı iş adamlarının başı üzərində asılıb: “İndiki halda bütün xarici investorlar, maliyyə müəssisələri, bank və ya şirkətlər rusiyalılarla əməkdaşlıqlarına şübhə ilə yanaşırlar.
Qarabağda erməni əsgər məhv edildi
İşğal altında olan Azərbaycan ərazilərində erməni əsgər ölüb. Məlumata görə, fevralın 7-də Dağlıq Qarabağda döyüş postlarından birində atəşkəs rejimini pozan 1998-ci il təvəllüdlü Ayk Kalantaryan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib.
Ata oğlu və iki qohumu ilə əlbir olub 18 yaşlı şəxsi tövləyə saldı, zorladı və... - YARDIMLIDA DƏHŞƏT
Yardımlı rayonunda seksual xarakterli zorlakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü İqbal Rəhimov, onun oğlu Qorxmaz Rəhimli, qardaşı oğlu, Nail Rəhimli və bacısı oğlu Təbib Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Şahzadənin toyu təxirə salındı - FOTO
Yaponiya imperator sarayı idarəsi şahzadə Akişinonun qızı şahzadə Makonun Key Komuro ilə nikahının təxirə salındığını elan edib. Onların toyunun cari ilin noyabrında keçirilməsi planlaşdırılmışdı. Fevralın 7-də təşkil edilən mətbuat konfransında bu barədə məlumat verən saray idarəsinin nümayəndəsi Takaharu Kati bunun bir sıra səbəblərinin olduğunu bildirib.
40 yaşayış məntəqəsi azad edildi - "Zeytun budağı" çərçivəsində
Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub. Həmçinin 12 adsız strateji yüksəklik ələ keçirilib.
Rusiyada kömür mədənində uçqun: ölən və yaralanan var
Rusiyanın Kemerovo vilayətində kömür mədənində uçqun baş verib. Hadisə “Osinnikovskaya” mədənində qeydə alınıb.
Bred Pitt qəza törətdi
Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Bred Pitt qəza törədib. Olay ABŞ-ın Los-Anceles şəhərində yaşanıb. 54 yaşlı Bred Pitt şəhərin mərkəzi küçələrindən birində Tesla avtomobilinin sükanı arxasında olarkən işıqforun siqnalından sonra gərəkdiyindən artıq sürətlə hərəkət edib. Nəticədə onun avtomobili qarşıdakı Nissan Altima-ya, Nissan da öndəki Kia Soul-a dəyib.
“Gəncliyin səsi - 2018” festivalı başladı
Azərbaycan Dövlət Musiqili Teatrında “Gəncliyin səsi - 2018” festivalının bağlanış mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən Olaylar.az- a verilən məlumata görə, ənənə halını alan festival Mədəniyyət və Turizm Nazirliyivə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə reallaşıb.
İdlib'e hava saldırıları: 10 ölü, 20 yaralı
Suriye’nin kuzeyindeki İdlib kentinin Maartinuman ilçesine Rus savaş uçaklarının düzenlediği hava saldırıları sonucu 10 kişinin hayatını kaybettiği, 20 kişinin yaralandığı belirtildi. İdlib Sivil Savunma (Beyaz Baretliler) Müdürü Mustafa Hac Yusuf, AA muhabirine, İdlib'e yoğun hava saldırılarının sürdürüldüğünü söyledi. Yusuf, "Savaş uçaklarının, Maaratinuman ilçesine dün gece saatlerinde düzenledikleri hava saldırılarında 10 sivil yaşamını yitirdi, 20 sivil yaralandı" dedi.













