Rusiya ən güclü qırıcısının sınaqlarına başlayır

Rusiya özünün beşinci nəsil Su-57 təyyarələrinin döyüş sınaqlarına başlayır. Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov söyləyib. Onun sözlərin görə, bu təyyarənin dövlət sınağının birinci mərhələsi artıq başa çatıb. O, tezliklə, 12 Su-57 təyyarəsinin sifariş ediləcəyini, bunlardan ikisinin 2019-cu ildə ordunun tabeliyinə veriləcəyini bildirib.

Qeyd edək ki, Su-57 "Suxoy" birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır. Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya Hərbi Hava Qüvvələrindəki Su-27 və MiQ-29-ları əvəz etmək üçün hazırlanır. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan T-50 ilk uçuşunu 29 yanvar 2010-cu ildə edib. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırır. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31