Türkiyə Rusiya ilə birgə ABŞ-a qarşı plan hazırlayır

Rusiya, İran və Türkiyə tərəfindən ABŞ-ın maraqlarına uyğun olmayan yeni bir plan qurulur. ABŞ-ın atacağı hər bir addım isə sözügedən ölkələrin yaratmaq istədiyi planı pozmağa yönəlik olacaq. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Suriyada başqa hesabları olduğu istiqamətindəki mesajını dəyərləndirən AKP-çi Məhməd Mətinər deyib.

Qeyd edilir ki, Türkiyə lideri Ərdoğan və hökumət rəsmiləri tez-tez Menbiçin də gündəmdə olduğunu vurğulayır. Türkiyə ABŞ-ın PYD/YPG-yə silah verməməsini və Menbiçdən geri çəkilməsini istəyir. "Sizin Türkiyəyə yönəlik hesabınız var, deməli sizin İrana, Rusiyaya yönəlik hesabınız da var. Amma biz yerimizdə dim-dik dururuq və dayanacağıq", - Mətinər söyləyib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31