8 min əhalinin gediş-gəlişi asanlaşacaq

Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 18 km olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası boyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin sevincinə səbəb olub.

Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, uzunluğu 18 km olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası boyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin sevincinə səbəb olub.

Layihəyə uyğun olaraq yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bu işlər çərçivəsində yolun 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kv.m sahəsinə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi, zəruri yol nişanları, təhlükəsizlik dirəklərinin quraşdırılması və xətlənməsi ilə müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub. Yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yollarına rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşınmasına imkan yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31