Türkiyə bu məsələdə Avropaya boyun əyməyəcək – Şərh
Bəzi məsələlərdə Avropa Birliyi ilə Türkiyə arasında ciddi fikir ayrılığı qalmaqdadır. Bu sözləri Türkiyə ilə Avropa Birliyi arasında keçiriləcək sammiti şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Türkiyə üçün Avropa Birliyi ilə danışıqların gündəliyində yalnız üzvlük məsələsinin müzakirəsi ön planda durur: “Ankaranı hazırda başqa formulalar maraqlandırmır. Ümumiyyətlə, bu, çox ciddi məsələdir.
8 Fevral 2018 11:37 DünyaBəzi məsələlərdə Avropa Birliyi ilə Türkiyə arasında ciddi fikir ayrılığı qalmaqdadır. Bu sözləri Türkiyə ilə Avropa Birliyi arasında keçiriləcək sammiti şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Türkiyə üçün Avropa Birliyi ilə danışıqların gündəliyində yalnız üzvlük məsələsinin müzakirəsi ön planda durur: "Ankaranı hazırda başqa formulalar maraqlandırmır. Ümumiyyətlə, bu, çox ciddi məsələdir. Türkiyənin AB-yə üzvlüyü ilə bağlı müəyyən edilən yol xəritəsində yerinə yetiriləcək islahatlar və onların mahiyyəti öz əksini tapıb. Türkiyə üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirsə də, bəzi məsələlərdə AB ilə ciddi fikir ayrılığı qalmaqdadır. AB siyasi islahatalar sahəsində Türkiyənin qarşısında bir sıra ciddi öhdəliklər qoyub. Bu, insan haqları və idarəçilik sistemi ilə bağlı məsələlərdir ki, burada da ciddi çətinliklər ortaya çıxacaq. Ancaq bunun həll yolları var. Məsələn, ABŞ-da da prezident üsul-idarəsidir və ölkədə parlamentin rolu və səlahiyyətləri kifayət qədər yüksəkdir. Üstəlik, bu yaxınlarda Türkiyədən qat-qat geri qalan bir sıra dövlətlər eyni anda həm AB-yə, həm də NATO-ya daxil edildiyi halda qardaş ölkənin qarşısına qoyulan sərt tələblər ədalətsizdir. Türkiyə heç vaxt AB-yə boyun əyməyəcək".
Politoloq bildirib ki, artıq AB və NATO-da Türkiyənin önəmini anlayırlar: "Bu sarıdan da Ankara ilə danışıqları yeniləyirlər. Bu, çox böyük əhəmiyyətə malikdir".
Qeyd edək ki, Türkiyə ilə Avropa Birliyi (AB) arasında sammit martın 26-da Bolqarıstanın Varna şəhərində keçiriləcək. Axar.az