“Gənc Elçilər” Proqramına start verilir

Ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası yenidən Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramı “Gənc Elçilər”ə start verir. “OLAYLAR” a daxil olan məlumata görə. proqram Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası yenidən Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramı "Gənc Elçilər"ə start verir. "OLAYLAR" a daxil olan məlumata görə, proqram Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Proqramın əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək "Gənc Elçilərin" yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır. Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi və proqram rəhbəri İlhamə Qasımzadə proqramı təlim, təcrübə və təmsilçilik komponentlərini özündə birləşdirməklə, həm gənclərin müvafiq sahələrdə nəzəri və praktiki olaraq maarifləndirilməsi, həm də Azərbaycanın beynəlxalq tədbirlərdə layiqli şəkildə təmsil olunması baxımdan unikal imkan olduğunu bildirib.

Ölkəni beynəlxalq arenada təmsil etmək, ölkənin "Gənc Elçi"si olmaq istəyən 18-29 yaş arası gənclər www.ambassadors.nayora.az səhifəsinə daxil olub qeydiyyatdan keçə bilərlər. Son qeydiyyat tarixi fevralın 25-dir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31