NASA yeni sualtı qayıq yaradır
NASA mütəxəssisləri Vaşinqton Universitetinin alimləri ilə birgə Titanda karbohidrogen ehtiyatlarının axtarışı üçün yeni bir sualtı qayıq hazırlayacaqlar. Sualtı qayıq 20 ilədək Saturnun peykinə buraxılacaq. Bu Phys.org saytında bildirilib.
8 Fevral 2018 12:43 DünyaNASA mütəxəssisləri Vaşinqton Universitetinin alimləri ilə birgə Titanda karbohidrogen ehtiyatlarının axtarışı üçün yeni bir sualtı qayıq hazırlayacaqlar. Sualtı qayıq 20 ilədək Saturnun peykinə buraxılacaq. Bu Phys.org saytında bildirilib.
Titan tədqiqatçıları kriogen laboratoriyasında şərtləri simulyasiya edirlər, çünki göy cisminin səthindəki temperatur mənfi 170-180 dərəcə Selsi olur. Test otağına metan və etanın maye qarışığı əlavə edilib.
Bundan əlavə, alimlər xüsusi bir video kamera və bir boreskop adlı optik cihaz hazırlayıblar ki, bunlar da aşağı temperatur və yüksək təzyiq də daxil olmaqla ekstremal şəraitdə işləyə bilər. Təcrübə göstərir ki, Titanın karbohidrogen ehtiyatlarında azot olması səbəbi ilə maye 200 dərəcə selsidə donur ki, bu da sualtı qayıqla aysberqin toqquşması ehtimalının aşağı olması deməkdir. AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir.