AŞ-ın Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupu MM-də olub

Milli Məclisdə Gənclər və idman komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupu ilə görüşüblər. “Olaylar” xəbər verir ki, komitə sədri Fuad Muradov bildirdi ki, idman sahəsində mühüm nailiyyətlərə imza atan, mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycanda antidopinqin vacibliyi daim diqqətdə saxlanılır. Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Antidopinqlə bağlı milli qanunvericilik bazası yaradılıb, 2016-cı ildə müvafiq qanun qəbul olunub.

Milli Məclisdə Gənclər və idman komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupu ilə görüşüblər. "Olaylar" xəbər verir ki, komitə sədri Fuad Muradov bildirdi ki, idman sahəsində mühüm nailiyyətlərə imza atan, mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycanda antidopinqin vacibliyi daim diqqətdə saxlanılır. Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Antidopinqlə bağlı milli qanunvericilik bazası yaradılıb, 2016-cı ildə müvafiq qanun qəbul olunub. Dövlət qurumları milli və regional antidopinq təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır, dopinqdən istifadəyə qarşı mübarizədə ciddi addımlar atılır. Bu, idmançıların sağlamlığının qorunması baxımından da olduqca vacibdir. Görüşdə Ümumdünya Antidopinq Agentliyi üzrə ad-hoc Avropa Komitəsinin (CAHAMA) sədri, Polşanın idman və turizm naziri ofisinin direktor müavini Rafal Piechota antidopinq sahəsində Azərbaycan qanunvericiliyinin müsbət nailiyyətləri olduğunu xüsusi vurğuladı. Səfərin məramını açıqlayaraq bildirdi ki, burada həyata keçirilən antidopinq proqramları və layihələri ilə tanışlıqdan sonra hesabat hazırlanacaq və Monitorinq qrupunun mayda keçiriləcək iclasına təqdim olunacaq. Ümumdünya Antidopinq Agentliyinin Milli və Regional Antidopinq Təşkilatları ilə əlaqələri üzrə direktor müavini Tom May qeyd etdi ki, müvafiq qanunların qəbul olunaraq həyata keçirilməsində, əməkdaşlıq əlaqələrinin qurulmasında Azərbaycanda rast gəlinən sürət heyranlıq yaradır. Bu baxımdan Azərbaycan digər ölkələrə nümunə ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31