Xətaidə 20 mərtəbəli binada yanğın - 20 nəfər təxliyə edilib

Bakı şəhəri, Xətai rayonunda 20 mərtəbəli yaşayış binasında yanğın baş verib. Fövüəladə Hallar Nazirliyindən “OLaylar”a verilən məlumata görə, nəticədə binanın şaxtasında 60 p.m elektrik kabelləri, zirzəmisində 52 ədəd elektrik sayğacı və çardağının yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Bakı şəhəri, Xətai rayonunda 20 mərtəbəli yaşayış binasında yanğın baş verib. Fövüəladə Hallar Nazirliyindən "OLaylar"a verilən məlumata görə, nəticədə binanın şaxtasında 60 p.m elektrik kabelləri, zirzəmisində 52 ədəd elektrik sayğacı və çardağının yanar konstruksiyaları 5 m2 sahədə yanıb. 13-cü mərtəbədə dəhlizin lambirdən ibarət tavanı 15 m2 sahədə yüksək temperaturdan əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini xilas edilib, 20 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. 2 nəfər tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31