"3.5 milyon qaçqını həmişə Türkiyədə saxlayacaq deyilik"
Qaçqınların bir qismi Türkiyədə qala bilər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. "Türkiyəni məşğul etmək üçün tələ qurdular, dəf etdik. Hədəflərimizdən dönmədik. Fərat qalxanı əməliyyatı ilə 3000-ə yaxın İŞİD terrorçusunu məhv etdik. 2 min kvadrat kilometrlik ərazini terrorçulardan azad etdik. 135 min qaçqının torpaqlarımıza qayıtmasına yardım etdik.
8 Fevral 2018 14:10 DünyaQaçqınların bir qismi Türkiyədə qala bilər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. "Türkiyəni məşğul etmək üçün tələ qurdular, dəf etdik. Hədəflərimizdən dönmədik. Fərat qalxanı əməliyyatı ilə 3000-ə yaxın İŞİD terrorçusunu məhv etdik. 2 min kvadrat kilometrlik ərazini terrorçulardan azad etdik. 135 min qaçqının torpaqlarımıza qayıtmasına yardım etdik.
İndi də eynisini Afrində gerçəkləşdirmək istəyirik. Afrin məsələsini həll edəcəyik. Qaçqın qardaşlarımızın öz doğma yurdlarına qayıtmasını istəyirik. 3.5 milyon qaçqını həmişə burada saxlayacaq deyilik. Onlar da tezliklə öz torpaqlarına qayıtmaq istəyirlər. Qaçqınların bir qismi Türkiyədə qala bilər, bu başqa mövzudur". Sputniknews