Dövlət başçısı: “Ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək”
“Bundan sonra da ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.
8 Fevral 2018 14:47 Siyasət"Bundan sonra da ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək". Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.
Dövlət başçısı deyib ki, ölkədə bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır: "Bu, vətəndaş sülhünün əsas şərtidir. Azərbaycan dünyada multikultural ideyaların təbliğində əsas məkan kimi tanınır. Yürüdülən xarici siyasət özünü doğruldub, Azərbaycanın dostlarının sayı artıb. Bir neçə il əvvəl 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan müsəlman aləmində çox böyük dəstək qazanıb. Avropa ölkələri ilə əlaqələr yüksək səviyyəyə qalxıb. Beynəlxalq təşkilatlarla əlaqələr inkişaf edir". Apa.az