Prezidentin köməkçisi YAP-ın qurultayından DANIŞDI: “İlham Əliyevə özüm qədər inanıram”
8 Fevral 2018 14:34 SiyasətAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "feysbuk" sıhifəsində Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VI qurultayından yazıb. N.Məmmədov qurultayın möhtəşəm keçdiyini bildirib.
"Möhtəşəm bir qurultay. Səmimi, ürəkdən gələn, gələcəyə inamlı və ümid dolu çıxışlar. Ölkənin müxtəlif region və təşkilatlarının nümayəndələrinin nitqləri bir leytmotiv üzərində köklənmişdi: Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı Prezident İlham Əliyev olmalıdır. İstər-istəməz dahi Heydər Əliyevin aşağıdakı cümlələrini "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram...Mən ona özüm qədər inanıram və gələcəyinə Böyük Ümidlər bəsləyirəm" xatırladım. Qurultayda elə təəssürat yaranmışdı ki, sanki hamı bu müdrik kəlamları xatırlayır. Düşünürəm: Şübhəsiz Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır", - deyə N.Məmmədov vurğulayıb. Publika.az