ATƏT-in Minsk qrupunun həmsədrlərinin turistik səfərləri nəticə vermir

Yaz mövsümü yaxınlaşdıqca ATƏT-in Minsk qrupunun həmsədrlərinin turistik səfərləri də intensivləşir. Qısa bir müddət əvvəl regiona səfər edib Azərbaycan və Ermənistan prezidentləri, eləcə də xarici siyasət idarəsi rəhbərləri ilə görüşən həmsədrlər sonuncu səfərin nəticəsi olaraq iki ölkənin xarici işlər nazirlərini Polşanın Krakov şəhərində görüşdürə bilsə də, lakin həmin görüş də əvvəlkilərdən heç nə ilə fərqlənmədi və tarixə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinin növbəti uğrusuz bir görüşü kimi düşdü. Ancaq vasitəçilər istər son Krakov görüşünün nəticəsizliyi, istərsə də iyirmi ildən artıq hökm sürən və heç bir müsbət effekt verməyən fəaliyyətlərini intensivləşdirmək, bunun səbəbini araşdırmaq əvəzinə yenidən regiona üz tutdular.

Məhəmməd Əsədullazadə: "Ermənistana bir neçə aydan sonra hərbi təzyiqlərin başlanmasına start verilməlidir"

"Bu təzyiqlər rəsmi Yerevanı masa arxasında ciddi güzəştlərə aparacağa qədər davam etməlidir"

Yaz mövsümü yaxınlaşdıqca ATƏT-in Minsk qrupunun həmsədrlərinin turistik səfərləri də intensivləşir. Qısa bir müddət əvvəl regiona səfər edib Azərbaycan və Ermənistan prezidentləri, eləcə də xarici siyasət idarəsi rəhbərləri ilə görüşən həmsədrlər sonuncu səfərin nəticəsi olaraq iki ölkənin xarici işlər nazirlərini Polşanın Krakov şəhərində görüşdürə bilsə də, lakin həmin görüş də əvvəlkilərdən heç nə ilə fərqlənmədi və tarixə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinin növbəti uğrusuz bir görüşü kimi düşdü. Ancaq vasitəçilər istər son Krakov görüşünün nəticəsizliyi, istərsə də iyirmi ildən artıq hökm sürən və heç bir müsbət effekt verməyən fəaliyyətlərini intensivləşdirmək, bunun səbəbini araşdırmaq əvəzinə yenidən regiona üz tutdular.

Xəbərlərdən də aydın olduğu kimi bu günlərdə ATƏT-in Minsk qrup üzvlərinin regiona yenidən səfər ediblər. Əvvəlcə amerikalı həmsədr Bakıya təşrif buyurdu. Amerikalı həmsədr Azərbaycanda qaçqınlarla və digər rəsmi şəxslərlə görüşərək geniş fikir mübadiləsi apardı. Ardınca fransalı və rusiyalı həmsədrlər Bakıya gəldi.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona bu dəfəki səfərinə münasibət bildirən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, həmsədrlərin bu səfəri geniş formatda Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakı ilə substantiv danışıqların davam etməsi deyil, texniki məsələləri müzakirə edib atəşkəsin qorunmasını və müşahidə missiyasının sayının artırlmasını qəbul etdirib, buradan Yerevana gedib bu barədə erməniləri məlumatlandırmaqdır". Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərin birinci olaraq Bakıya gəlməsi Azərbaycana yeni texniki təklifin qəbul etdirməsi və mahiyyətdən kənar danışıqlara sövq etdirməkdir:"Rəsmi Bakı həmsədrlər vasitəsilə Yerevana sərt mesajını yollamalı və bu kimi danışıqlara imkan verməməlidir. Qeyd edim ki, ötən ilin sentyabr ayından başlanan diplomatik danışıqlar intensiv xarakter daşımasına baxmayaraq, müsbət irəlləyişlərə gətirib çıxarmır. Bu danışıqlar qeyd edərdim ki, həmsədrlərin himayəsi ilə Ermənistanın təklifinin müzakirəsi və qəbul edilməsi istiqamətində aparılıb. Ötən ay Krakovda xarici işlər nazirlərinin görüşü də texniki məsələlərin həlli və etimad mühitinin formalaşmasına həsr olundu. Göründüyü kimi həmsədrlərin regiona səfəri Ermənistana cəzasızlıq mühiti formalaşdırmaq üçün cəbhədə müşahidə mussiyasının sayının artırılması və status-kvonu qorumaqdı".

Məhəmməd Əsədullazadə hesab edir ki, belə olan təqdirdə Azərbaycan atəşkəsi qorumağa çalışan ATƏT-in Minsk formatından imtina etməlidir: "Yoxsa, bu kimi nəticəsiz danışıqları bundan sonra davam etdirməlidir? Birincisi, rəsmi Bakı, ATƏT-in yeni italiyalı həmsədri Alfanonun Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla görüşündə səsləndirdiyi "format dəyişməli" fikrini müdafiə etməli və, bu təklifi gündəliyə çıxarmalıdır. İkincisi, ATƏT-in Minsk qrupunun irəli sürdüyü və ermənilərin maraqlarına xidmət edən müşahidə missiyasının sayının artırılması təklifini rədd etməlidir. Üçüncüsü, danışıqların substantiv aparılmasını tələb etməli və texniki danışıqlardan imtina etməlidir. Dördüncüsü, həmsdərlərdən Yerevana mesaj kimi real təzyiqlərə başlamasını tələb etməli, yoxsa cəbhədə yenidən təzyiqlərin olacağını açıq bildirməlidir. Qeyd edim ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və Yerevanla sakit diplomatik danışıqlar aparmaqla erməni tərəfi həyassız təkliflər irəli sürəcək və mərhələli həll danışıqlarından yayınacaq". Politoloq deyib ki, ATƏT-in Minsk qrupunun hazırkı səfərində prezidentlərin iki ay ərzində görüşünün keçirilməsi də qeyd olunur: "Martda Ermənistanda və aprel ayında Azərbaycanda keçiriləcək seçkilər fonunda belə bir görüşün baş tutması real görünmür. Artıq, ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi və Ermənistana bir neçə aydan sonra hərbi təzyiqlərin başlanmasına start verilməlidir. Cəbrayılda, Füzulidə, Xocavənddə erməni silahlı qüvvələrinin hərbi obyektlərinə zərbələr vurulmalıdır. Hesab edirəm ki, bu təzyiqlər rəsmi Yerevanı masa arxasında ciddi güzəştlərə aparacağa qədər davam etməlidir. Görünən odur ki, münaqişə uzandıqca, danışıqlar formatı dəyişir və Rusiyanın konfliktə nəzarəti daha da güclənir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31