Gündəm

“Google” şirkəti “iMessage”ın analoqunu yaradır

12 Fevral 2018 19:50

“Google” şirkəti belə hesab edir ki, istifadəçilərin əksəriyyəti məhz “iMessage” xidmətinə görə “iPhone”dan “Android”ə keçməyəcək. Buna görə internet nəhənginin mühəndisləri öz əməliyyat sistemi üçün müvafiq xidmət hazırlamağa başlayıblar.

“Instagram” şəbəkəsi istifadəçilərin izlənilməsi ilə mübarizə aparacaq

12 Fevral 2018 19:46

“Instagram” sosial şəbəkəsində istifadəçilərə onlarla maraqlanan insanlar haqqında məlumat əldə etməyə kömək edəcək yeni funksiya istifadəyə verilib.  

2017-ci ildə “Google” şirkəti təhlükəsizlik mütəxəssislərinə 3 milyon dollar ödəyib

12 Fevral 2018 19:40

Nəhəng texnoloji şirkətlər aşkar edilmiş boşluqlara görə təhlükəsizlik mütəxəssislərinin mükafatlandırılması proqramını dəstəkləyir. Ötən il “Google” korporasiyası təhlükəsizlik mütəxəssisləri və hakerlərə 2,9 milyon dollar ödəyib.

Qadınlar bu yaşdan sonra sürətlə kökəlirlər!

12 Fevral 2018 19:36

Diyetoloqlar və məşhur"Forza Supplements" Britaniya şirkətinin sağlam qidalanma üzrə aparıcı mütəxəssisləri qadınların və kişilərin neçə yaşından sonra sürətlə kökəlməsi ilə bağlı araşdırma aparıb. Diyetoloqlar insanın neçə yaşından sonra kökəlməyə meyilli olduğunu öyrənmək üçün bir çox eksperimentlər aparıb. Mütəxəssislər ilk növbədə min nəfərin vərdişləri, menyusu, daha sonra işlərinin spesifikası, hətta münasibətləri də daxil olmaqla onların həyat tərzini təhlil edib.

Bu məhsul xərçəngə "həyat" verir...

12 Fevral 2018 19:31

Təəssüf ki, tibbin köməyi ilə xərçəng probleminin kökünü birdəfəlik kəsmək mümkün deyil. Çarəsi hələ də tapılmadığı üçün xərçəng ölümcül xəstəliklərin siyahısına daxil edilir. Bununla belə xəstəliyin qarşısını almağa kömək edə bilən üsullar var.

Gecə yemək yemək bu xəstəliklərə "yaşıl işıq" yandırır...

12 Fevral 2018 19:25

Bir çox insanlar gecə saatlarında yemək yeməyi vərdiş edib. Lakin bu olduqca ziyanlı vərdişdir. Tək ona görə deyil ki, kökəlməyə səbəb olur. "Zee News"un məlumatına görə, Meksika Universitetinin alimləri aşkar ediblər ki, gecə vaxtı yemək yeyən insanlarda ürək xəstəliklərinin və şəkərli diabetin riski artır.

Həkim: "Böyrək problemləri bəzən gizli davam edir"

12 Fevral 2018 19:19

"Böyrəklərdə yaranan problemlər bəzən gizli davam edə bilər." Bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin cərrah-uroloqu, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan danışıb.

Buzlaqlar ərisə, 793 milyon kiloqram civə üzə çıxacaq!

12 Fevral 2018 19:12

Çoxillik buzlanma tərkibində təxminən 793 milyon kiloqram civə saxlayır. Buzlaqların əriməsi nəticəsində ətraf mühitə zəhərli maddələrin yayılması baş verəcək ki, bu da qlobal ekoloji fəlakətə gətirib çıxaracaq.

Baş Prokurorluq KİV-ə xəbərdarlıq edib

12 Fevral 2018 19:07

Baş Prokurorluq yetkinlik yaşına çatmayanlarla əlaqədar yayılan məlumatlarla bağlı KİV-ə xəbərdarlıq edib. Baş Prokurorluğun mətbuat xidmətindən  daxil olan məlumatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan orta məktəb şagirdinin zorakılıq hərəkətlərinə məruz qalması, hər iki yetkinlik yaşına çatmayan şəxsin adı, soyadı və onlar haqqında digər məlumatların təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyi nəzərə alınmadan bu cür məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndirilməklə ictimaiyyəti ciddi narahat edir: “Həmin faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-də bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı, ciddi problemlərə yol açır və həmin şəxslərin gələcək həyatlarını ciddi sınaqlarla qarşı-qarşıya qoyur. 

Ermənistan hakimiyyəti və cəmiyyəti təşviş içərisində

12 Fevral 2018 19:05

Hakimiyyətin yenidən Serj Sərkisyan tərəfindən  mənimsənilməsi proseduru ərəfəsində olan Ermənistanda daxili siyasi vəziyyət heç də ürəkaçan deyil. Azərbaycanın getdikcə artan diplomatik və hərbi gücü qarşısında İrəvanın tədricən məğlub duruma düşməsi erməni cəmiyyətində hakimiyyətə qarşı sərt ritorika və münasibətin formalaşmasına gətirib çıxarır. Uzun illər Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan hakimiyyətinin Qarabağı mənimsəmək, ona muxtariyyat əldə etmək planları işə yaramadığından, eləcə də işğalçı ölkədə iqtisadi durum getdikcə ağırlaşdığından sadə ermənilər açıq şəkildə mövcud hakimiyyətə qarşı etiraz səslərini qaldırır, onu problemin həlli istiqamətində qətiyyətli addımlar atmağa səsləyirlər. Ancaq mövcud reallıq ondan ibarətdir ki, hazırkı situasiyada Ermənistan dövlətinin Azərbaycana qarşı hansısa qətiyyətli addım atması mümkünsüzdür.  Və erməni cəmiyyəti 2016-cı ilin aprel ayında bunun əyani şahidinə çevrildi.

Rusiyada qeyri-adi olay

12 Fevral 2018 19:05

Bu gecə Rusiyanın Murmansk şəhərində qeyri-adi olay baş verib.  Məlumata görə, gecə naməlum şəxslər Murmanskdakı heyvan sığınacaqlarını dağıdıb və orada olan itlərin hamısını buraxıb. Sığınacağın müdirəsi Oksana Ançişkin olanları belə şərh edib:

Kompüter klaviaturadan istifadə xüsusiyyətlərinə görə insanın cinsini müəyyənləşdirəcək

12 Fevral 2018 19:00

Yunanıstanın Demokrit Universitetinin mütəxəssisləri 75 könüllü (36 kişi və 39 qadın) seçərək onların kompüterinə 10 ay ərzində hər klaviş basılmasını qeydə alan xüsusi “IrecU” keylogger proqramları quraşdırıblar.

Fransalı futbolçu Mərakeş millisini seçdi

12 Fevral 2018 18:55

"Napoli"nın qış transferi Zinəddin Maşeş mərakeş millisində çıxış edəcək. 22 yaşlı yarımmüdafiəçi Mərakeş Futbol Federasiyasının nümayəndələri ilə bir neçə görüşdən sonra buna razılıq verib. Maşeş Marsel şəhərində dünyaya gəlib və Fransa vətəndaşıdır. Onun atası əlcəzairli, anası isə mərakeşlidir. Ötən mövsüm "Toulouse" klubunun liderlərindən olan Maşeş yanvarda Neapol klubu ilə 4.5 illik müqaviləyə imza atmışdı.

“Barselona”nın qapıçısı “Bavariya”ya keçir?

12 Fevral 2018 18:50

"Barselona"nın qapıçısı Yasper Sillessen "Bavariya"nın maraq dairəsinə düşüb. Almaniya nəhəngi qapıçının oyununu izləyib. "Bavariya"nın skautları 28 yaşlı Yasperin İspaniya kubokundakı oyununu yüksək qiymətləndiriblər.

"Qarabağ” Kiyev “Dinamo”su səviyyəsindədi" - Ukraynalı mütəxəssis

12 Fevral 2018 18:46

Təlim-məşq toplanışında planlaşdırdığımız işlərin, demək olar ki, hamısını gördük. Bunu "Mariupol"un baş məşqçisi Aleksandr Babiç deyib.  Antalyada təlim-məşq toplanışı keçən Ukrayna təmsilçisinin yoxlama görüşündə üz-üzə gəldiyi komandalardan biri də "Qarabağ" olub.