Zaxarova: Norveç Şpitsbergendə Rusiya operatorlarının fəaliyyətini çətinləşdirir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Norveç hakimiyyətini Şpitsbergendə Rusiya operatorlarının, xüsusilə "Arktikugol" trestinin fəaliyyətini çətinləşdirməyə çalışmaqda ittiham edib.
O bildirib ki, Moskva Rusiyanın arxipelaqdakı fəaliyyətinin məhdudlaşdırılması cəhdlərinə qarşı çıxacaq. Zaxarova həmçinin "Professor Molçanov" gəmisinə tətbiq edilən məcburi tədbirlərin ləğvini və Rusiya təşkilatlarının fəaliyyətini təmin etmək üçün Şpitsbergenlə dəniz əlaqəsinin bərpasını tələb edəcəklərini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31