Gündəm
Qadınlar üçün bürclərə görə "Sevgililər günü" hədiyyəsi
Qadınlara "Sevgililər günü"ndə bürclərinə görə ala biləcəyiniz hədiyyələrin siyajısını təqdim edir:
Bakıda Hökümət Evində pul üstündə dava — Keçmiş icra başçısı polisə müraciət etdi
Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Lizinq sektorunda müdirlə işçilər arasında insident baş verib. Məlumata görə, Nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini, Lizinq sektorunu müdiri Ağayev Mübariz Alı oğlu Bəxtiyar və Mədinə adlı şəxslərdən Səbail rayon Polis İdarəsinə şikayət edib. Belə ki, adları çəkilən şəxslər fevral ayının 7-də Mübariz Ağayevin otağına girərək səs-küy salıblar, nəticədə sektor müdiri polisə müraciət etmək məcburiyyətində qalıb. Toplanmış materiallar araşdırılması üçün aidiyyatı üzrə Səbail RPİ-nin 39-cu polis bölməsinə göndərilib.
Saakaşvilini saçlarından sürüdülər – VİDEO
Kiyevdə keçmiş Odessa vilayəti meri Mixail Saakaşvilinin saxlanılmasında 10-dan çox əməliyyatçı iştirak edib. "Zrada çi Peremoqa” "Telegram” kanalının yaydığı "Suluquni” restoranının müşahidə kamerasından çəkilmiş videogörüntüdə əməliyyatçıların onu məcburi şəkildə binadan çıxardığını görmək olur. Kadrlarda növbə ilə üzü maskalı və kamuflyaj geyimdə olan 14 nəfərin restorana daxil olması, Saakaşvilini yerə yıxmaları, daha sonra isə saçlarından dartaraq çölə çıxarması əksini tapır. Daha sonra açıqlama verən Saakaşvili ukraynalı əməliyyatçıları faşistlərlə müqayisə edərək, ona qarşı çox kobud davranmaqla güc tətbiq etdiklərini bildirib.
Arif Babayevin 80 illik yubileyi qeyd ediləcək
Aprelin 3-də Heydər Əliyev Sarayında görkəmli muğam ifaçısı, Xalq Artisti Arif Babayevin 80 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək. Sarayın mətbuat xidmətindən bildirilib ki, yubiley gecəsində, muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan sənətkarın və tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndiriləcək.
Ölkədə dərman istehsal edən fabriklər tikilir - VİDEO
Bunu baş nazirin müavini Əli Əhmədov məzarlarla bağlı standartın tətbiqindən də danışıb. O bildirib ki, standartlar hazırdır və yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən bununla bağlı qərar veriləcək. Baş nazirin müavini kərə yağının qiymətinin artmasının səbələrini də açıqlayıb. Ölkədə dərman istehsal ediləcək, bunun üçün fabriklər tikilir.
Teatr kollektivi Hindistan səfirliyində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb. Səfir kollektivi görməkdən şad olduğunu bildirib və Hindistanla Azərbaycanın diplomatik və mədəniyyət sahəsində əməkdaşlığı , iki ölkə arasındakı əlaqələrin inkişafı haqqında məlumat verib. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov görüş zamanı diqqətə çatdırıb ki, teatrın kollektivi 2018-ci il 17 fevral tarixindən 8 aprel tarixinədək Hindistanda keçiriləcək VIII Beynəlxalq Teatr Olimpiadasında iştirak etmək üçün dəvət alıb. Bu məqsədlə teatrın yaradıcı kollektivi mart ayının 2-dən 8-dək Hindistana səfər edəcək.
Cinayətkarlar Baş Prokurorluğun əməkdaşlarını oğurladı
Meksikada "Halisko – Yeni nəsil" narkokartelinin üzvləri Baş Prokurorluğun iki əməkdaşını oğurlayıb. Cinayətkarlar sosial şəbəkədə diz üstə dayanmış şəxslərin üzü maskalılarla videogörüntüsünü yerləşdiriblər. Baş Prokurorluq iki əməkdaşının yoxa çıxmasını təsdiqləyib. Rəsmi məlumatda bildirilir ki, onlar Nayarit ştatında, fevralın 5-də, qohumlarının evində dincələrkən yoxa çıxıblar.
Elza İbrahimovanın xatirəsi anılacaq
Fevralın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Muzeydən Olaylar.az - a bildirilib ki, həzin nəğmələr müəllifinin yubiley mərasimində bəstəkarın həyat və yaradıcılığından söhbət açılacaq, ömrünü əks etdirən videogörüntü nümayiş olunacaq.
Putin xəstələnib
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin xəstələndiyini bildirib. Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb. “Soyuqlayıb, amma işini davam etdirir”, – deyə Peskov qeyd edib.
"Əbədi məşəl" kompleksi sürüşə bilərmi? - VİDEO
"Sürüşmənin "Əbədi məşəl" kompleksinə təsiri yoxdur". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Əziz Qaralov həmçinin sürüşmə sahəsinin Bakı Televiziya Qülləsinə də hər hansı təsirinin olmadığını bildirib. Ekspedisiya rəisi "Gülüstan" sarayının istinad divarlarında quraşdırılan mayaklarda ciddi dəyşikliyin yaranmadığını deyib.
Tramp Konqresdən 716 milyard dollar istədi
ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün Konqresdən 716 milyard dollar istəyib. Bu barədə ABŞ müdafiə nazirinin müavini Devid Nordkvist bildirib.
Xəzərdə zəlzələ
Xəzər dənizində 3,3 bal gücündə zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 20:23-də qeydə alınıb.
Cəfər Cabbarlının qızı vəfat etdi
Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı rəhmətə gedib. Bu barədə onun nəvəsi Orxan Bağırov xəbər verib. 88 yaşlı Gülarə Cabbarlı ürək çatışmazlığından vəfat edib. O, sabah dəfn ediləcək.
Dünyada ən populyar əməliyyat sistemi hansıdır?
"StatCounter” servisinin məlumatına görə, “Windows 10” əməliyyat sistemi ilk dəfə “Windows 7” sistemindən daha populyar olub.
Obyektləri yaxınlaşdıran “4D” eynək yaradılıb
Kaliforniya Universitetinin tərtibatçıları film obyektlərinə baxış zamanı tamaşaçıya toxunmağa imkan verəcək dördölçülü eynək yaradıblar. İştirakın effektini gücləndirmək üçün eynək istifadəçiyə “toxunmağa” başlayaraq baxış zamanı, məsələn, ekranda tamaşaçıya tərəf hərəkət edən obyekt görünəndə əlavə hisslər yaradacaq.














