Putin xəstələnib

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin xəstələndiyini bildirib. Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb. “Soyuqlayıb, amma işini davam etdirir”, – deyə Peskov qeyd edib.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin xəstələndiyini bildirib. Bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.

"Soyuqlayıb, amma işini davam etdirir", - deyə Peskov qeyd edib.

Bu gün Rusiya prezidenti Soçidə "Rusiya liderləri" müsabiqəsinin finalçıları ilə görüşüb. Tədbirin açılışı zamanı Putin sakit danışdığına görə üzr istəyib.

"Mən üzr istəyirəm, səsim batıb", - deyə dövlət başçısı üzrxahlıq edib. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31