Gündəm

Sarkisyanın 2040-cı il proqnozu PUÇ OLDU - Faciə daha tez BAŞ VERƏCƏK

12 Fevral 2018 18:44

“Əhalinin azalması bu şəkildə davam edərsə, Ermənistan 1990-cı illərdə qeydə alınan indekslərə malik olacaq”. Bunu Milli Statistika Xidmətinin dərc etdiyi məlumatları şərh edən demoqraf Artak Markosyan bildirib.

Bakıda klinika maşın satır – 2000 manat

12 Fevral 2018 18:43

Ölkənin məşhur klinikalarından olan Mərkəzi Klinika MMC maşınlarından birini satışa çıxarıb. Klinika 2007-ci ilin “Fiat Albeo” markalı avtomobilini Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edib. Komitə mart ayının 13-də keçirəcəyi hərracda klinikanın avtomobilini özəlləşdirməyə verəcək. Avtomobilin ilkin satış qiyməti 2000 manatdır.

Manat rekord həddə ucuzlaşdı – Türkmənistanda

12 Fevral 2018 18:41

Türkmənistanın qara bazarında dolların kursu rekord həddə çatıb. Bu barədə informasiyanı “Xronika Türkmənistan” yayıb. Dolların kursu dünən 15,1 manata çatıb. Belə ki, qara bazarda dolların kursu Türkmənistan Mərkəzi Bankının təqdim etdiyi rəsmi kursdan 4 dəfə çox olub. Türkmənistan Mərkəzi Bankında dolların kursu 3,5 manat təşkil edib.

An-148-də ölən azərbaycanlı kriminal avtoritet deyilmiş

12 Fevral 2018 18:36

Fevralın 11-də Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olan Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlunun kriminal aləmlə əlaqəli olması barədə mediada yayılan xəbərlər təkzib edilir.

Azərbaycanda çayçılığın inkişafına dair Dövlət Proqramı təsdiq edilib

12 Fevral 2018 18:32

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Təyyarə qəzasında ölən azərbaycanlının ailə üzvləri Moskvaya gedib

12 Fevral 2018 18:25

Azərbaycanın Rusiyadakı səfirliyi təyyarə qəzasında ölən ölkə vətəndaşı Namiq Qəhrəmanovla bağlı məlumat yayıb. Məlumatda bildirilir:  "Məlum olduğu kimi, cari ilin 11 fevral tarixində Moskva-Orsk marşrutu üzrə uçuş həyata keçirən “Saratov Hava Yolları”na məxsus An-148 təyyarəsi qəzaya uğrayıb.

İlham Əliyev bir qrup şəxsi təltif etdi

12 Fevral 2018 18:23

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident o şəxsə general-mayor rütbəsi VERDİ - SƏRƏNCAM

12 Fevral 2018 18:17

Prezident İlham Əliyev Mayıl Şahverdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Mayıl Seminar oğlu Şahverdiyevə general-mayor ali hərbi rütbəsi verilsin. 

İlham Əliyevdən Arzu Rəhimovla bağlı SƏRƏNCAM

12 Fevral 2018 18:16

Prezident İlham Əliyev Arzu Rəhimovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Həftəsonu mütləq izlənməli olan 4 QARŞILAŞMA

12 Fevral 2018 18:13

Topaz Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Həftəsonu keçiriləcək qarşılaşmaların başlama vaxtı və yeri müəyyənləşib. Turun ilk qarşılaşması 17 fevral - şənbə günü “Qəbələ” və “Zirə” arasında baş tutacaq. Görüş Qəbələ şəhər stadionunda, saat 15:00-da başlayacaq.

Bütün əngəllərə rəğmən Rusiya ABŞ-ı GERİDƏ QOYDU

12 Fevral 2018 18:10

2018-ci il Pxençan Qış Olimpiya Oyunlarına müstəqil şəkildə qatılmağa məcbur olan rusiyalı idmançılar yarışların 3-cü günündə də medal əldə edib. Fiqurlu kankisürmə kateqoriyasında komanda 66 xalla gümüş medala sahib olub.

Bakıda BİABIRÇILIQ - 16 yaşlı nişanlısını ZORLADI

12 Fevral 2018 18:07

Suraxanı rayonunda zorlama hadisəsi baş verib. Nişanlı toya qədər gözləyə bilməyib və gələcək həyat yoldaşı ilə onun iradəsinə zidd olaraq cinsi əlaqədə olub. Bu barədə Suraxanı rayon hüquq-mühafizə orqanları məlumat yayıb. Məlumata görə, fevralın 11-də Suraxanı qəsəbə sakini, 40 yaşlı A.Q. polisə müraciət edib.

Bakıda intihara cəhd edən gənc qadını polislər xilas edib

12 Fevral 2018 18:04

Bakıda intihara cəhd edən gənc qadını polislər xilas edib. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Хəzər Rayоn Pоlis İdarəsinə «Mərdəkan körpüsü» dеyilən yеrdə bir nəfərin intihara cəhd göstərməsi barədə məlumat daхil оlub.

XİN: "Konkret məsələlər müzakirə olunduğu tədqirdə Ermənistan təxribat əməllərinə cəhd edir"

12 Fevral 2018 18:03

Təcrübə göstərir ki, ATƏT Minsk qrupunun həmsədrlərinin regiona səfəri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində konkret məsələlər müzakirə olunduğu təqdirdə Ermənistan tərəfi müxtəlif xarakterli təxribat əməllərinə cəhd göstərir.

Saakaşvili restoranda tutuldu - VİDEO

12 Fevral 2018 17:52

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə restoranlardan birində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.