Gündəm
BŞTİ rəhbərliyi paytaxtın ətraf ərazilərində yerləşən məktəblərində olub
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin görüşlərinə start verilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.
Dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 2017-ci ilin, eləcə də son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ilk öncə bildirib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Həmişə olduğu kimi, bu dəfə də dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək və ölkəmizin işıqlı gələcəyinə səs verəcəklər.
Azərbaycanlı aktrisa Antonio Banderasla EYNİ FİLMDƏ
Nəsrin Cavadzadə dünya şöhrtəli aktyor Antonio Banderasla filmdə tərəf müqabili ola bilər. Azərbaycanlı aktrisanın Hollivud və İspaniyanın ortaq istehsalı olan filmdə baş rola çəkilmək şansı var. Nəsrin Cavadzadə prodüserliyini Ped ro Almadovarun etdiyi “El Desentierro” filmində baş rolu oynamaq üçün kastinqlərə qatılıb.
Müşfiq Ələsgərli: “Azərbaycan Prezidentin dövründə regionun liderinə çevrilib”
“Azərbaycanın son 15 il müddətində, yəni İlham Əliyevin prezidentliyi dövründə çox yüksək bir inkişaf yolu keçdiyini təkcə ölkə daxilindəki mənbələr deyil, beynəlxalq analitik mərkəzlər də etiraf edirlər. Bu inkişaf siyasi, iqtisdi, enerji və təhlükəsizlik sahələri daxil olmaqla, bütün sferaları əhatə edir”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Ölkəmiz daha böyük inkişafa və tərəqqiyə imza atacaqdır
“Yeni Azərbaycan Partiyasının VI Qurultayında dəstəklənən cənab İlham Əliyevin Prezidentliyə namizədliyi bütün xalqımızın iradəsinin ifadəsidir”. Bu sözləri millət vəkili Azər Badamov deyib.
Amerikalı kişi arvadını uşaqların gözü qarşısında vurdu
ABŞ-ın Texas ştatında kişi arvadını üç uşağının gözü qarşısında öldürməkdə ittiham olunub. Məlumata görə, yerli polisin rəsmi nümayəndəsi Codi Silvanın sözlərinə görə, Daniel Martinez və onun həyat yoldaşı Klaudia Arriaga bir-birlərinin üstünə qışqırıblar.
Səhiyyə Nazirliyi əhaliyə müraciət edib
“Vətəndaşlar yaşayış ərazisi üzrə tibb müəssisəsinə vaxtında müraciət etməli və profilaktik tibbi müayinədən keçməlidirlər”. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri ötən həftəDağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.
"1918-ci ilə qədər Qafqazda heç zaman erməni dövləti olmayıb"
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb".
Fədayə Laçın əfv üçün müraciət etdi
Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edib. Bu barədə özəl olaraq F.Laçının vəkili Türkel Süleymanlı deyib.
Avstriyada qatarlar toqquşdu - Ölən və yaralananlar var
Avstriyanın Ştiriya federal torpağında iki sərnişin qatarı toqquşub. Məlumata görə, hadisə nəticəsində azı bir nəfər həlak olub, 20-yə yaxın şəxs xəsarət alıb.
Keçən il ASAN Xidmət mərkəzlərinə “Azərsu” ilə bağlı 55092 müraciət edilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 2017-ci ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 55092 müraciət edilib. Müraciətlərin 26793-ü “ASAN xidmət”, 28299-u isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Hesabat dövründə edilən müraciətlər arasında itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edibr. Ən çox müraciət Sabunçu rayonundakı, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində, həmçinin 2 saylı “ASAN Kommunal” mərkəzində qeydə alınıb.
Mübariz Qurbanlı Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 12-də Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Mübariz Qurbanlı ölkəmizdəki tolerant və multikultural mühitdən söhbət açaraq bildirib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları və dərin tarixi-mədəni kökləri mövcuddur.
İlham Əliyev bütün Azərbaycan xalqının dəstəklədiyi namizəddir
“Cənab İlham Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının prezidentliyə namizədidir”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib. O, bildirib ki, Prezident İlham Əliyev bütün Azərbaycan xalqının dəstəklədiyi namizəddir: “Prezident İlham Əliyevin qarşısına qoyduğu ən əsas məqsəd Dağlıq Qarabağ probleminin həlli, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsidir.
Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edildi
Lənkəran rayonunun Əşlə kəndində sel nəticəsində dağılan körpü yenidən tikilərək istifadəyə verilib. “OLAYLAR”-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yüksək keyfiyyətlə inşa olunan körpü R-48 Lənkəran-Lerik avtomobil yolunun 14-cü kilometrliyindən ayrılan və Əşlə kəndinə gedən yolun 1-ci kilometrində, Lənkərançay üzərində yerləşir.














