Ölkəmiz daha böyük inkişafa və tərəqqiyə imza atacaqdır

“Yeni Azərbaycan Partiyasının VI Qurultayında dəstəklənən cənab İlham Əliyevin Prezidentliyə namizədliyi bütün xalqımızın iradəsinin ifadəsidir”. Bu sözləri  millət vəkili Azər Badamov deyib.

"Yeni Azərbaycan Partiyasının VI Qurultayında dəstəklənən cənab İlham Əliyevin Prezidentliyə namizədliyi bütün xalqımızın iradəsinin ifadəsidir". Bu sözləri  millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, cənab İlham Əliyev rəhbərlikdə olduğu 15 ildə hər bir azərbaycanlının Prezidenti olmağı bacardı: "Ötən 15 ildə ölkəmizin keçdiyi iqtisadi və siyasi tərəqqi yolu bütün dünyanı valeh edib. Əgər yola saldığımız son illərin iqtisadi göstəricilərinə diqqət yetirsək bunu daha da dolğun görərik. 2003-ci ölkəmizin valyuta ehtiyatları 1,8 milyard dollar olduğu halda bu gün isə artıq 45 milyard dollara çatıbdır. Biz bu illər ərzində valyuta ehtiyatlarımızı artırmaqla yanaşı ölkə iqtisadiyyatına 230 milyard dollara yaxın investisiya yatırdıq. Davamlı şəkildə icra olunan proqramlar son 14 ildə iqtisadi artımı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracımızı isə 4,1 dəfə artırmağımıza imkan verib. Ölkədə yoxsulluq 50%-dən 5,4%-ə, işsizlik 5%-ə düşmüş, Azərbaycan dünyada çox az ölkənin malik olduğu kosmik klubun üzvü olmuşdur. Yola saldığımız 14 ildə icra olunan sosial, iqtisadi layihələr hər bir vətəndaşın həyatını dəyişmiş, Azərbaycan dünyada böyük inkişaf yolu keçmiş çox az ölkələrdən biri olmuşdur. Dünyanın inkişaf etməkdə olan 80 ölkəsi arasında inklüziv inkişaf indeksinə görə Davos İqtisadi Forumu tərəfindən ölkəmizin 3-cü yerdə qərar tutması təbii ki, cənab Prezidentin apardığı dövlət siyasətinin birbaşa Azərbaycan vətəndaşının rifah halının yüksəldilməsinə istiqamətləndiyini deməyə imkan verir. Bütün bu uğurlarımızın təməlində Heydər Əliyev fəlsəfəsi üzərində qurulmuş ölkənin gələcəyinə hesablanmış cənab İlham Əliyevin müəyyənləşdirdiyi, düşünülmüş iqtisadi siyasi kurs dayanıbdır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz daha böyük inkişafa və tərəqqiyə imza atacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31