Gündəm
Azərbaycan müxalifətinin seçiciyə təqdim edəcəyi konstruktiv heç nəyi yoxdur
“Siyasi təşkilatın əsas vəzifəsi seçkilərdə iştirak etmək və özünün proqramını təbliğ edərək namizədlərini cəmiyyətə tanıtmaqdır”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov çıxış edib: “Əgər bir siyasi partiya, yaxud da təşkilat seçkidə iştirak etmirsə, onda nə üçün fəaliyyət göstərirlər?”. Əkrəm Həsənov deyib ki, prezident seçkiləri cəmiyyətin növbəti dövr üçün özünün liderini seçməsi üçün mexanizmdir: “Hansısa partiya, yaxud da təşkilatın bu prosesdə iştirak edib-etməməyindən asılı olmayaraq, kifayət qədər namizədlər var və seçici özünün seçimini edə biləcək.
YAP-ın qərarı qərarı Azərbaycan cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır
“Yeni Azərbaycan Partiyasının VI Qurultayı tarixi qərar qəbul edib. Prezident İlham Əliyevin növbəti 7 ildə də Azərbaycana rəhbərlik etməsi təkcə partiyamızı üzvlərinin deyil, dövlətini, ölkəsini sevən, torpaqlarının işğal altında qalması ilə barışmayan, xalqımızı daha güclü, qüdrətli görmək istəyən hər bir vətəndaşın arzusudur”.
11 qanunsuz miqrant saxlanılıb
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 7 nəfər Nepal, 3 nəfər Hindistan Respublikası və 1 nəfər Şri Lanka vətəndaşı saxlanılıb. “OLAYLAR” Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı Hindistanda fəaliyyət göstərən Deepak adlı şəxsin Ukrayna vətəndaşı Vladislav Kobil ilə əlbir olaraq əcnəbilərin Azərbaycana gətirilməsini təşkil etdiyi məlum olub.
Politoloq: “Ermənilərin indi də Gürcüstana ərazi iddiaları var”
Hazırda Rusiya və Ermənistanda seçki prosesinin hazırlığını nəzərə alsaq, indiki dövrdə Dağlıq Qarabağla bağlı hər hansı qərarın qəbul olunmasını gözləməyə dəyməz.
“Onlardan əl çəkin!” – Psixoloq 134 saylı məktəbin şagirdlərinin müdafiəsinə qalxdı
“Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı Moderator.az-a açıqlamasında bu günlərdə Bakının 134 saylı məktəbində baş verən məlum olayla bağlı maraqlı fikirlər səsləndirib. Bu cür olayların media və sosial şəbəkələrdə qabardılmasının yanlış olduğunu bildirən L.Əmrahlı, məsələyə bu cür yanaşmanın vəziyyəti daha da mürəkkəbləşdirdiyini, hadisə iştirakçısı olan yeniyetmələrin psixologiyasına ciddi zərbə vurduğunu qeyd edib:
Hürrəm Sultan aparıcının ulu nənəsi imiş
Osmanlı tarixində mühüm yer tutan Hürrəm Sultan idman aparıcısı Roksan Kunterin ulu nənəsi imiş. Soykökü Osmanlı dövrünə aid olan aparıcı II Əbdülhəmidin nəvəsi Osman Nami Osmanoğlunun nəvəsidir. Hürrəm Sultan isə Roksanın ata xətti ilə ulu nənəsidir. Kunter bundan böyük qürur hissi keçirdiyini deyib:
Azərbaycanda restoranın girişinə yazılan bu sözlər görənləri KÖVRƏLTDİ - FOTO
Sosial şəbəkələrdə yayılan bir foto görənləri duyğulandırıb. Lənkəranda restoranlardan birinin giriş qapısına yapışdırılan bir yazı diqqətdən qaçmayıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları- Əhalinin kommunal problemlərinin həllinə yol açdı
Müstəqil Azərbaycan Respublikasının bu günkü iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər. uğurlarda 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ilə yanaşı Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının da xüsusi payı, çəkisi var. Açıq şəkildə qeyd etmək lazımdır ki, hər ikisi bir-birinə bağlı olan sənədlərdir. Əgər 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasa və Azərbaycana neftdən gəlirlər gəlməsəydi, bəlkə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını da qəbul etməyə zərurət yaranmazdı.
Kənd təsərrüfatı naziri həbs edildi - Vəzifə səlahiyyətlərini aşdığı üçün
Rusiyanın Zabaykale vilayətinin kənd təsərrüfatı naziri həbs olunub. Vilayətin kənd təsərrüfatı naziri Mixail Kuzminov 2 ay müddətinə həbs edilib. Məlumata görə, o, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.
Sürüşmə zonasındakı villa 1.350.000 manata satışa çıxarıldı
Sürüşmə təhlükəsi ilə əlaqədar əhalisi tamamilə boşaldılan ərazidə 1 milyonluq villa satışa çıxarılıb. Səbail rayonu, Bayıl qəsəbəsində 3 mərtəbəli dənizə mənzərəsi olan villa satılır. 8 otaqdan ibarət olan villanın həyətində hovuzu, bağı və qarajı var. Vilanın 3 geniş bağlı və açıq mətbəxi mövcuddur. Villanın hər mərtəbəsində ayrıca hamam, 3 və 4 yataq otağı var. Əmlak sahibi tərəfindən 1.350.000 manata satılır.
Afrin əməliyyatında indiyədək Türkiyə ordusunun 31 əsgəri həlak olub
Türkiyə Silahlı QüvvələrininSuriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün yanvarın 20-də başladığı “Zeytun budağı” əməliyyatında indiyə qədər 31 əsgər şəhid olub, 143 əsgər yaralanıb. Məlumata görə, bu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bu gün yaydığı məlumatda əksini tapıb.
İsveçrə banklarında pulu olanlara bəd xəbər
Avropa Birliyinin qanunlarını qismən və ya tam qəbul edən daha 5 ölkədə bank sirri anlayışı ləğv edilib. Bunu “Frans 2” televiziyasına müsahibəsində Avropa Komissiyasının İqtisadiyyat və maliyyə üzrə komissarı Pyer Moskovisi söyləyib. Onun sözlərinə görə, bundan sonra bu ölkələrdəki hesablarda olan bütün əməliyyatlar vergi orqanları tərəfindən nəzarət altına alınacaq:
Əxlaqsız şagirdin videosu incələndi – Sarsıdıcı fakt
Orta məktəblərdə baş verən neqativ halların tək günahkarı məktəb direktorlarıdır. Onların səriştəsizliyi, qeyri-peşəkarlığı nəticəsində bu hadisələr baş verir. Bəzi şəxslər yazır ki, tərbiyə evdə verilir, günah ailələrdədir. Bu fikir absurddur. Heç bir valideyn evdə övladına demir ki, get kiminləsə əlaqədə ol. Hesab edirəm ki, neqativ halların baş verdiyi təhsil müəssisələrinin direktor və bütün idarəçi heyətinin müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddələri ilə xitam vermək lazımdır.
Binəli Yıldırım: “ABŞ ağlını başına toplasın, əks halda...”
“Lazım olan addımları atacağıq, bunun üçün hər hansı birindən icazə almağımıza ehtiyac yoxdur”. Bunun Türkiyənin Baş naziri Binəli Yıldırım makedoniyalı həmkarı Zoran Zayevlə Ankarada keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.
Astara sakinindən narkotik vasitə götürülüb
Astara rayonunun Ərçivan qəsəbə sakinində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xalıq Fəttayevdən 20 qram, yaşadığı evə baxış zamanı 2 kiloqram 500 qram tiryək və 0,4 qram heroin aşkar edilərək götürülüb.














