YAP-ın qərarı qərarı Azərbaycan cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır
“Yeni Azərbaycan Partiyasının VI Qurultayı tarixi qərar qəbul edib. Prezident İlham Əliyevin növbəti 7 ildə də Azərbaycana rəhbərlik etməsi təkcə partiyamızı üzvlərinin deyil, dövlətini, ölkəsini sevən, torpaqlarının işğal altında qalması ilə barışmayan, xalqımızı daha güclü, qüdrətli görmək istəyən hər bir vətəndaşın arzusudur”.
12 Fevral 2018 17:08 Siyasət"Yeni Azərbaycan Partiyasının VI Qurultayı tarixi qərar qəbul edib. Prezident İlham Əliyevin növbəti 7 ildə də Azərbaycana rəhbərlik etməsi təkcə partiyamızı üzvlərinin deyil, dövlətini, ölkəsini sevən, torpaqlarının işğal altında qalması ilə barışmayan, xalqımızı daha güclü, qüdrətli görmək istəyən hər bir vətəndaşın arzusudur". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov səsləndiriib. O, bildirib ki, Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib: "Məhz uğurlu siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli siyasət nəticəsində Azərbaycan nəhəng transmilli layihələrə müəlliflik edib. Böyük enerji layihələri, Bakı-Tbilisi, Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi məhz belə layihələrdir. Bütövlükdə ötən 15 ildə ölkəmizin iqtisadiyyatı, dəfələrlə artıb, əhalinin həyat səviyyəsi xeyli yüksəlib, bütün sahələr üzrə böyük inkişaf əldə olunub. Bu mənada YAP-ın VI Qurultayının qərarı Azərbaycan cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır"