Gündəm

37 baş qoyun oğurlayan şəxs saxlanıb

12 Fevral 2018 16:36

37 baş qoyun oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Hüseyn Abbasova məxsus fermadan 37 baş qoyun oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini Mehrac Yusubov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 11-nə keçən gecə Horadiz şəhərindəki evlərdən birinin həyətindən 1 rəst at oğurlaması da müəyyən edilib.

Oğrunun üstündə soyuq silah aşkarlanıb

12 Fevral 2018 16:35

Avtomobildən 3 mobil telefon və eynək oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 17-də Valeh Babayevə məxsus “Mercedes” markalı avtomobildən 3 mobil telefon və eynək oğurlamaqda şübhəli bilinən şəhər sakini Nazim Hüseynov saxlanılmış, ondan bıçaq götürülüb.

Məzar üstən güldan oğurlayanlar saxlanıb

12 Fevral 2018 16:34

Oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakinləri saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də şəhər ərazisində yerləşən qəbiristanlıqdakı 1 məzarın üzərindən alüminium güldan oğurlamaqda şübhəli bilinən rayon sakinləri Kərəm Abbasov, Qismət Qurbanov və Vidadi Hüseynov saxlanılıblar.

İnterpol daha bir azərbaycanlını axtarışa verdi

12 Fevral 2018 16:33

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. Məlumata görə, 1972-ci ildə Naxçıvanda anadan olan Rəşad Sadiqov dələduzluqda təqsirləndirilir. Belə ki, R.Sadiqov barəsində Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başladıb. Axtarışda olan R.Sadiqov isə istintaqdan yayınıb.

Milli Məclisin İntizam Komissiyasının tərkibinə yenidən baxılacaq

12 Fevral 2018 16:31

“Çox güman ki, bu yaxınlarda Milli Məclisin İntizam Komissiyasının ixtisaslaşmış tərkibi seçiləcək. Ola bilsin ki, komissiyanın tərkibində dəyişiklik oldu”. Bunu deyən millət vəkili, Milli Məclisin İnztizam Komissiyasının üzvü Fazil Mustafanın sözlərinə görə, “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişiklik olub və İntizam Komissiyası həmin qaydaları pozan şəxslərlə bağlı şrəy verə biləcək. Həmin rəyi də ixtisaslaşmış komissiya verə bilər: “Burada müəyyən təhqiqatın aparılması və hüquqi rəyin verilməsindən söhbət gedir.

Türkiyəli seks-manyak Bakıda saxlandı

12 Fevral 2018 16:26

Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb. Məlumata görə, Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan 1959-cu il təvəllüdlü Türkiyə vətəndaşı Ertekin İsmayıl Sönmez Heydər Əliyev adına Hava Limanında, Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulub.Saxlanılan şəxsin Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.

“Bəziləriniz burada quzu balası kimiydiniz” – Deputatdan sərt tənqid

12 Fevral 2018 16:25

"Mübarizəni kişi kimi apararlar. Siyasi mübarizəni normal qəbul edirəm, harda seçki varsa, orda müxtəlif siyasi qütblərin mübarizəsi də var. Ancaq təhqiramiz ifadələr heç kimə başucalığı gətirmir”.

“Azəriqaz” abonentlərin sayı 2 106 635-ə çatıb

12 Fevral 2018 16:24

2018-ci ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 9 493 yeni abonent qeydiyyata alınıb ki, bunun da 7 324-ü Bakı, Abşeron və Sumqayıt, 2 169-u isə regionlar üzrədir. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı “Azəriqaz” İstehsalat Birliyi yayıb. Bildirilib ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 106 635-ə çatıb.

Respublika fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

12 Fevral 2018 16:23

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.  “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki,  şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) və olimpiada.edu.az saytından əldə edə bilərlər. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 5751 nəfərə yaxın şagird iştirak edəcək. Respublika mərhələsinin yarımfinal turuna, rayon (şəhər) mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət edilir. İnformatika fənni üzrə nəticələr 14 fevral 2018-ci il tarixinədək elan ediləcək.

Əmək Nazirliyində Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub

12 Fevral 2018 16:18

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub. Görüş ölkəmizdə sosial müdafiə, o cümlədən sosial yardım və pensiya siyasətlərində son irəliləyişlər barədə missiyanın məlumatlar əldə etməsi, ünvanlı dövlət sosial yardımı proqramı üzrə texniki yardım layihəsi çərçivəsində gələcək birgə fəaliyyət istiqamətlərinin müzakirə olunması məqsədini daşıyıb.

Əliyev haqlıdır, türklər İrəvana qayıdacaq – Sərkisdən şok analiz

12 Fevral 2018 16:15

Erməni yazar Sərkis Artsruni “1in.am” saytında dərc olunan məqaləsində Yeni Azərbaycan Partiyasının son qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına toxunub.

Daha bir supergüc Suriyaya girir - Yaxın Şərq yenidən ALOVLANIR

12 Fevral 2018 16:14

ABŞ və Rusiyadan sonra Çin də Suriyada daha aktiv şəkildə rol oynamaq istədiyini açıqlayıb. Çinin Şamdakı səfiri Qi Qianjin ölkəsinin Suriya münaqişənin həllində böyük rol oynayacağını bildirib. Çinli diplomat “Suriyanın inkişafı və yenidən inşası üçün hərəkətə keçməyin zamanı məncə artıq gəldi. Çin bu prosesdə Suriya xalqı və hökumətinə daha çox yardım edərək rolunu artıracaq”,- deyə bildirib. Çinin “Global Times” nəşri 2017-ci ilin aprel ayından indiyə kimi bu ölkənin 30-a yaxın iş adamının Suriyaya gedərək, investisiya potensialını araşdırdığını yazıb.

FTX Krımda Ukrayna casusunu yaxaladı

12 Fevral 2018 15:56

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Simferopol şəhərində Ukrayna vətəndaşını yaxalayıblar. Bu barədə informasiyanı FTX-nın mətbuat xidməti yayıb. Ələ keçirilən şəxsin Ukrayna lehinə casusluqda ittiham edildiyi bildirilib.

İsrail Tehrana gizli mesaj göndərdi

12 Fevral 2018 15:55

İsrail İrana Suriya və Livandakı siyasəti ilə əlaqədar ciddi xəbərdarlıq edib. Bu barədə informasiyanı “10-cu kanal” yayıb. Rəsmi Təl-Əvivin İrana gördərdiyi mesaj Almaniya, Britaniya və Fransanın vasitəçiliyi ilə Tehrana çatdırılıb.