“Azəriqaz” abonentlərin sayı 2 106 635-ə çatıb
2018-ci ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9 493 yeni abonent qeydiyyata alınıb ki, bunun da 7 324-ü Bakı, Abşeron və Sumqayıt, 2 169-u isə regionlar üzrədir. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı “Azəriqaz” İstehsalat Birliyi yayıb. Bildirilib ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 106 635-ə çatıb.
12 Fevral 2018 16:24 Sosial2018-ci ilin yanvar ayı ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 9 493 yeni abonent qeydiyyata alınıb ki, bunun da 7 324-ü Bakı, Abşeron və Sumqayıt, 2 169-u isə regionlar üzrədir. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azəriqaz" İstehsalat Birliyi yayıb. Bildirilib ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 106 635-ə çatıb.
Qeyd edək ki, 01 fevral 2018-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 478 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.