Gündəm

Nazirlik videosu yayılan şagirdlə bağlı təkzib verdi

12 Fevral 2018 15:54

Valideyn məktəb rəhbərliyi ilə birgə övladının digər ümumtəhsil müəssisəsində təhsilini davam etdirməsi üçün qərar qəbul edib. Hazırda şagirdə psixoloji yardım göstərilir. Bu sözləri Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov 132-134 nömrəli Təhsil Kompleksində intim videosu yayılan 7-ci sinif şagirdi ilə bağlı açıqlamasında deyib.

Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürüldü

12 Fevral 2018 15:51

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, BAXCP partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edir.

Zaqatalada 4 günün gəlini öldü: İntihar, yoxsa...?

12 Fevral 2018 15:49

Zaqatalada 4 günün gəlini zəhərlənərək ölüb. Hadisə Suvagil kəndində qeydə alınıb. Dörd gün əvvəl kəndə gəlin gələn, 1994-cü il təvəllüdlü Naimə Zahid qızı Eminovanın vəziyyəti qəfildən pisləşib, o, xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, N. Eminova xəstəxanada ölüb.

Neftin ucuzlaşması davam edir

12 Fevral 2018 15:47

Neft istehsalçısı olan ölkələrin ciddi cəhdlərinə baxmayaraq dünya bazarında brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşıb. 70 dollarlıq psixoloji həddi keçən “qara qızıl” yenidən dəyər itirməkdədir.

Ürəyi Azərbaycanla döyünən hər kəs  inanır ki...

12 Fevral 2018 15:46

Prezident seçkilərinə qeyri-rəsmi də olsa artıq start verilib. Həm iqtidar, həm də müxalifət düşərgəsində seçki hazırlıqlarına başlanılıb. İqtidarın namizədi gözlənildiyi kimi hakim Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı cənab İlham Əliyevdir. Fevralın 8-də hakim partiyanın VI qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. İlham Əliyevin prezidentliyə namizədliyi təkcə hakim partiya üzvləri olan millət vəkilləri deyil, eləcə də bitərəflər tərəfindən müsbət qarşılanıb.

Amerika Orta Şərq arzuları ilə vidalaşır

12 Fevral 2018 15:36

Soyuq müharibə başa çatdıqdan sonra Amerika Birləşmiş Ştatları dünyaya təkbaşına ağalıq etmək iddiasını rallaşdırmağa istiqamət götürdü. Dünyanın müxtəlif regionlarında həyata keçirdiyi tədbirlər və yeritdiyi siyasət yalnız bu məqsədə xidmət etməyə başladı. Soyuq müharibənin buxovlarından azad olmuş digər qərb dövlətləri də bu işdə ona yardım etməyə başladılar. Çünki onlar soyuq müharibədən və SSRİ təhlükəsindən məhz Amerikanın vasitəsi ilə qurtulmuşdular. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, vəziyyətin belə davam edəcəyi eyforiyası ABŞ-a yaxın gələcəyi görməyə və perspektivi düzgün qiymətləndirməyə imkan vermədi. Amerika SSRİ dağıldıqdan sonra və Çinin hələ də onunla rəqabət etmək səviyyəsinə qalxmadığı bir dövrdə, qlobal və regional problemləri təkbaşına və öz maraqları çərçivəsində həll etməyə girişdi. Bu zaman Almaniya, Fransa, İtaliya kimi Avropa dövlətlərini də bəzən öz avantüralarına kömək etməyə dəvət edirdi ki, kollektiv hərəkat fonu yaratsın: “Orta Şərq ABŞ-ın yeni statusda ilk təcrübə meydançasına çevrildi. İraq və Əfqanıstana müdaxilə, Tunis, Misir, Livan və Suriyada iğtişaşlar və Ərəb Baharı.. Rusiya SSRİ-nin dağılmasından sonra aldığı zərbədən özünə gəldi və Amerikanın Orta Şərqdə təkbaşına hegemonluğunun qarşısına çıxdı. Təbii ki, ABŞ-ın apardığı siyasətdən narazı olan İran, Türkiyə kimi region ölkələri həvəslə Rusiyanın yanında yer aldılar”.

Aktyor “Dram artistləri oxuyur” layihəsində

12 Fevral 2018 15:36

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kalmık Milli Dram Teatrının həyata keçirdiyi “Dram artistləri oxuyur” adlı yeni teatr layihəsində iştirak etmək üçün Elista şəhərinə yola düşüb. Kalmık xalqının milli bayramı olan “Çaqan Sar” münasibətilə təşkil ediləcək konsert proqramında aktyorun ifasında yalnız kalmık və azərbaycan dilində mahnılar səslənəcəkdir.

Alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalının artırılması....

12 Fevral 2018 15:33

Bu birmənalıdır ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu əvəzsizdir. Zaman-zaman Rusiya ilə meydana gələn problem səbəbindən enerji təhlükəsizliyini risk altına qoyan Avropa bu üzdən Bakı ilə əlaqələrin inkişaf etdirilməsinə üstünlük verir. Artıq Avropanın özündə də Azərbaycanın yeri və rolunu açıq şəkildə ifadə edir, öz həyatlarının xilası, enerji təhlükəsizliklərinin təminatı baxımından Bakı ilə daha sıx əlaqələrə üstünlük verirlər. Bu müsbət tendensiya müntəzəm olaraq Avropanın müxtəlif ölkələrində enerji məsələlərinə dair keçirilən toplantılarda, konfrans və forumlarda öz əksini tapır, açıq şəkildə vurğulanır.

“Akademikin son əsəri” Sabir Rüstəmxanlının ön sözü kimi...

12 Fevral 2018 15:32

Söz və fikir adamı, ötən əsrin 80-ci illərində “Ömür” kitabı ilə hamını ovsunlamış, xalq şair Sabir Rüstəmxanlının “Akademikin son əsəri” romanını oxuyub qurtarandan sonra bir xeyli fikirləşməli oldum: görəsən, bu kitab öz dəyərini, qiymətini alacaqmı və görəsən, biz niyə həmişə dərdimizi deyənləri, yaxşı mənada “donkixotluq” edənləri sonadək başa düşmür, yaxud başa düşmək istəmirik? Əgər mən ədəbiyyat tənqidçisi olsaydım, heç şübhəsiz “Akademikin son əsəri” romanının mövzusu, ideyası, süjeti, onun obrazları və təhkiyə özəllikləri ilə bağlı geniş bir məqalə yazardım və belə məqalələr yazılmalıdır da. Amma mənim deyəcəyim söz başqadır.

Seçkilərdə iştirak etməyən müxalifətə tövsiyə

12 Fevral 2018 15:31

Müxalifət düşərgəsi, daha doğrusu onun radikal qanadı aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində məğlub olacağını əvvəlcədən gördüyündən seçki prosesindən yayınmaq üçün müxtəlif bəhanələr axtarır. Artıq Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası, eləcə də Milli Şura adlanan qurum və Müsavat Partiyası prezident seçkilərində iştirak etməmək qərarı verib. Adıçəkilən siyasi qüvvələr hər nə qədər seçkidə iştirakdan imtinanı seçkilərə qısa bir vaxtın qalmaması və bu səbəbdən hazırlıq prosesinin çətinləşdiyi ilə əlaqələndirməyə çalışa da, lakin reallıq ondan ibarətdir ki, radikal düşərgə seçkilərdə məğlub olacağından dolayı prosesə qatılmaqdan imtina edib. Çünki seçkini boykot etmək onlar üçün seçkiyə gedib prosesdən məğlub ayrılmaqdan daha sərfəli variantdır.

Misir Ali Təhsil Nazirliyi mükafatlandırdı

12 Fevral 2018 15:30

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri-mədəniyyət attaşesi Əhməd Sami Elaydi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüb. O.Səmədov Misirin ölkəmizdəki səfirliyi ilə həyata keçirilən layihələrin uğurlu nəticələrindən söz açıb.

Berlində, Parisdə bağırmaqla Azərbaycanı dəyişə bilməyəcəksiniz

12 Fevral 2018 15:26

Radikal müxalifət yenə də öz ampluasındadır.  Ənənəvi qeyri-sivil, qeyri-etik siyasi mübarizə, dövlətçiliyə, milli maraqlara zərbə vurmaq, xələl gətirmək cəhdi və s. Bir qayda olaraq radikallar ölkə mühüm ictimai-siyası hadisə, yaxud Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçirilməsi ərəfəsində “aktivlik” dərəcəsini artırır, fəaliyyətinə yeni çalarlar qatır.

Qəza keçirən təyyarəyə son dəqiqə minmədi xilas oldu

12 Fevral 2018 15:19

Ötən gün Rusiyada qəza törədən və 71 nəfərin həlak olmasına səbəb olan AN-148 təyyarəsindən bir nəfər xilas olub. Bu Soçi sakini Maksim Kolomeytsevdir. Maksim Moskvadan Orsk şəhərinə qəzaya uğrayan təyyarə ilə uçmaq üçün bilet alıb. O Orskda özünə maşın almağa gedəcəkmiş. Ancaq son anda maşının sahibi öz avtomobilini satmaq fikrindən dönüb və Masim Kolomeytsevə zəng vurub. Maksim təyyarəyə minməkdən bir neçə saat əvvəl bileti geri qaytarıb. Beləliklə möcüzəvi şəkildə xilas olub.