Gündəm

Mütəşəkkil cinayətə ağır zərbə

12 Fevral 2018 15:18

Türkiyə hüquq -mühafizə orqanlarını son bir həftədə apardığı əməliyyatlar nəticəsində ölkə miqyasında mütəşəkkil cinayət qruplarına ağır zərbə endirilib. Terror təşkilatlarına və narkotikticarət dəstələrinə qaçaqçılıq şəbəkələrinə üzv olan 4972 nəfər həbs edilib.Əməliyyatlarda Jandarma və Xüsusi Təyinatlı Polis birlikləri iştirak edilib. Çoxlu sayda axtarışda olan cinayətkar şəxs həbs edilərək məsuliyyətə cəlb edilib .

İzmitdə silahlı qarşıdurma ölən və yaralılar var

12 Fevral 2018 15:17

Ötən axşam İzmitin Gölcük rayonunda iki qrup arasında öncə sözlü sonrada silahlı qarşıdurma baş verib. Çıxan silahlı qarşıdurma nəticəsində 7 nəfər çeşitli bədən xəsarəti ilə xəstəxanaya yerləşdilib. Yaralananlardan S.A çatdırıldığı həkimlərin bütün səylərinə baxmayaraq  xəstəxanada keçinib. Davanın borc alacaq-verəcək səbəbilə baş verdiyi bilirilir. Olay ilə əlaqədar cinayət işinin açıldığı bildirilir.

Trabzonda qara yara təhlükəsi

12 Fevral 2018 15:15

Ötən gün Trabzonun Akşaabad rayonunun Ağaclı kəndində M.A adlı vətəndaş xəstələnən inəyini kəsib ətini qonşularına paylayıb. Olaydan az zaman sonra qonşulardan biri 4 uşaq anası olan F.Ç nın halı pisləşib və qadın aparıldığı xəstəxanada vəfat edib . Qonşuluqda yaşayan 73 nəfərin də ürək bulantısı, yüksək hərarət və qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Rus oliqarxlar bu ölkələrə qaçır

12 Fevral 2018 15:13

Rusiya iş adamları ölkə iqtisadiyyatının durğunluğu və Qərblə münasibətlərin pisləşməsindən sonra Avropada daşınmaz əmlak alışını artırıblar. Bu barədə informasiyanı “Nayt Frank” konsaltinq şirkəti yayıb. Şirkət keçən il ərzində rusların daha çox Kiprdən daşınmaz əmlak almaq istədiklərini bildirib. Bu ölkədə daşınmaz əmlak almaq istəyən rusların sayı 4 dəfə artıb. Oliqarxların Kiprdə ən çox diqqət yönəltdikləri şəhər isə Limasolle olub.

Paytaxtda silah satmaq istəyən “iş başında” yaxalanıb

12 Fevral 2018 15:11

Bakıda silah alveri ilə məşğul olan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə rayon ərazisində Ceyhun adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması və satmaq istəməsi barədə məlumat daxil olub.

Milli Məclis 18 məsələni müzakirə edəcək

12 Fevral 2018 15:02

Fevralın 13-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. MM-dən “Olaylar”a verilən məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir. Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.

Fəzail Ağamalının partiyası İlham Əliyevin namizədliyini dəstəklədi

12 Fevral 2018 14:59

Ana Vətən Partiyası Ali Məclisinin iclası keçirilib. İclasda qarşıdan gələn prezident seçkilərində partiyanın iştirakı müzakirə edilib.Partiyadan bildirilib ki, toplantıda 11 aprel 2018 -ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyilə ilə bağlı qərar qəbul olunub və bəyanat verilib. Bəyanatda deyilir: “11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri dövlətimizin və xalqımızın həyatında ciddi əhəmiyyət kəsb edir.

“Zaur insanlarla məzələnir, o, əxlaqsızlığın birinci nümunəsidir”

12 Fevral 2018 14:57

“Xəzər” televiziyasında prodüser Sultan Mustafayevə qadağa qoyulub. Bu haqda prodüser məlumat verib: “Röya söhbətindən sonra “Xəzər” televiziyası mənə qadağa qoyub. Çünki onların musiqili departamentinin rəhbəri Kənan Bayramov Röyanın dostudur.

Qazaxda aqropark və sənaye müəssisələri yaradılır

12 Fevral 2018 14:56

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar əlaqələrin gücləndirilməsi və güzəştli kreditlərin verilməsi məqsədilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair bu ilin ilk işgüzar forumunu Qazax rayonunda keçirib. 200-dək sahibkarın iştirak etdiyi Forumda Qazax rayonunun iqtisadi potensialına uyğun olaraq kartofçuluq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, sənaye üsulu ilə bal emalı, ət kəsimi və süd emalı müəssisələrinin, həmçinin 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim olunub.

“Moody’s”: Azərbaycanda bəzi özəl banklar bağlana bilər

12 Fevral 2018 14:55

“Azərbaycanın zəif bank sektorunda neft qiymətlərinin təsiri hələ də hiss olunur”. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı dərc etdiyi “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunub.

2018-ci ilin “iPhone”larının qiyməti məlum oldu

12 Fevral 2018 14:54

“Apple” şirkəti 2018-ci il payızın əvvəlində üç ədəd yeni “iPhone” smartfonunu təqdim etməyi planlaşdırır.

Qəfil vəfat edən teleaparıcının SON STATUSU

12 Fevral 2018 14:53

Bu gün qəfil vəfat edən keçmiş teleaparıcı, Mərdəkan Mədəniyyət sarayın bədii rəhbəri, aktyor Kamran İsrafilovun feysbukda yazdığı son status marağa səbəb olub. Lent.azxəbər verir ki, 39 yaşlı aktyorun 2 gün əvvəl sosial şəbəkədə ibrətamiz və düşündürücü  fikir paylaşıbmış.

Eldar Əzizov: Bayıldakı vəziyyətə görə sakinlər də məsuliyyət daşıyır

12 Fevral 2018 14:52

“Bayılda baş verən sürüşmə hadisələri indi deyil, hələ çox-çox əvvəllər də olub. Arxiv məlumatlarına əsasən, bizə məlum olan ilk belə hadisə 1842, 1847,1874-cü illərdə də qeydə alınıb. Sonradan da ərazidə bu hallar baş verib.

Ölkəmizin elmi nüfuzunu yüksəldən yeni elmi nəşriyyat: “Jomard Publihsing”

12 Fevral 2018 14:46

Müasir dünyada hər bir ölkənin nüfuzunu müəyyən edən amillərdən biri də elmin inkişafı ilə əlaqələndirilir. Təbii ki,  bu mövqeyin əldə olunmasında elmi nəşrlərin əhəmiyyətli rolu vardır. Bu gün Azərbaycanda AMEA, universitetlər, digər elmi qurumlar və təşkilatlar tərəfindən çox sayda elmi jurnallar çap edilməkdədir. Bu sırada “Jomard Publihsing” Azərbaycanda və bölgədə ilk və yeni onlayn elmi nəşriyyatdır.