Milli Məclis 18 məsələni müzakirə edəcək

Fevralın 13-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. MM-dən “Olaylar”a verilən məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir. Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.

Fevralın 13-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. MM-dən "Olaylar"a verilən məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir. Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31