Trabzonda qara yara təhlükəsi

Ötən gün Trabzonun Akşaabad rayonunun Ağaclı kəndində M.A adlı vətəndaş xəstələnən inəyini kəsib ətini qonşularına paylayıb. Olaydan az zaman sonra qonşulardan biri 4 uşaq anası olan F.Ç nın halı pisləşib və qadın aparıldığı xəstəxanada vəfat edib . Qonşuluqda yaşayan 73 nəfərin də ürək bulantısı, yüksək hərarət və qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Ötən gün Trabzonun Akşaabad rayonunun Ağaclı kəndində M.A adlı vətəndaş xəstələnən inəyini kəsib ətini qonşularına paylayıb. Olaydan az zaman sonra qonşulardan biri 4 uşaq anası olan F.Ç nın halı pisləşib və qadın aparıldığı xəstəxanada vəfat edib .
Qonşuluqda yaşayan 73 nəfərin də ürək bulantısı, yüksək hərarət və qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Ölən qadından alınan qan və parça örnəklərində analiz nəticəsində xalq dilində (qara yara) şarbon virusu tapılıb . Kəsilən heyvanın qalıqlarında da qara yara virusu müəyyən edilib. Xəstəlik tapılan rayon karantinə alınıb. Məhəllədə təmizlik və virusun neytrallaşması üçün profilaktik tədbirlər aparılır. Olayla əlaqədar müvafiq təşkilatlar tərəfindən yoxlama başladılıb.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31