Gündəm

Masallıda məktəb yanıb

12 Fevral 2018 14:38

Masallı rayonunda üçmərtəbəli məktəb binasının üçüncü mərtəbəsindəki sinif otağında 1,5 m2 sahədə döşəmə yanıb.FHN-dən “Olaylar”a verilən məlumata görə, hadisə zamanı binadan 68 şagird yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

İşğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması

12 Fevral 2018 14:35

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi Pol Riçard Qalaqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, tərəflər Azərbaycanla Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə ediblər.4-27 sentyabr 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin və 6 mart 2015-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoan Pavelin 2002-ci ilin may ayının 22-də və Papa Fransiskin 2016-cı il oktyabr ayının 2-də ölkəmizə həyata keçirdikləri tarixi səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açdığı xüsusilə qeyd olunub.

Təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Yevlaxa gətiriləcək

12 Fevral 2018 14:33

Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Azərbaycana gətiriləcək.  Azərbaycan vətəndaşı olan Namiq İnayət oğlu Qəhrəmanov doğulduğu Yevlax rayonda dəfn olunacağı gözlənilir.  

MTRŞ-dan efirlərdə siqaret çəkilməsi səhnələri ilə bağlı açıqlama

12 Fevral 2018 14:32

Televiziyaların efirində siqaret çəkilməsi ilə bağlı məsələ Milli Televiziya və Radio Şurasının (MTRŞ) həyata keçirdiyi monitorinqlərin predmetidir. Bu barədə "Report"a MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

Atasının ölümü əkizlərlə Damlanı barışdırdı?

12 Fevral 2018 14:29

Xəbər verdiyimiz kimi tanınmış ifaçı Damlanın atası bu gün axşam saatlarında dünyasını dəyişib. Damlaya ilk başsağlığı küsülü olduqları Sevil Sevinc bacılarından gəlib. Belə ki, bacılar öz şəxsi hesablarında Damlanın acısını daha çox onların anladıqlarını və ona səbr dilədiklərini bildiriblər:

Bu qan qrupunun sahibləri daha ölümcül xəstəliklərə yoluxur

12 Fevral 2018 14:28

Vermont Universitetinin tibb kollecinin əməkdaşları qan qrupu ilə bir sıra xəstəliklərin inkişafı arasında əlaqə tapıblar.  Hipotezi təsdiqləmək üçün sınaqlar üç il yarım davam etdirilib. Verilən məlumata görə, təcrübələrdə 30 min adam iştirak edib. Məlum olub ki, yaddaş itkisi və koqnitiv pozğunluq adətən 1-ci qan qrupunun nümayəndələrində baş verir. Zehni deqredasiya xəstəliklərinin qurbanları isə daha çox 4-cü qan qrupunu daşıyan insanlardır. Bundan əlavə ən nadir qan qrupunun sahiblərində ürək xəstəlikləri də geniş yayılıb.

Damla atasını son mənzilə belə yola saldı

12 Fevral 2018 14:25

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında müğənni Damlaya ağır itki üz verib. Müğənninin atası ürək çatışmazlığından dünyasını dəyişib. Hazırda müğənninin atasının dəfn mərasimi keçirilir.

Biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə komissiyanın iclası keçirilib

12 Fevral 2018 14:20

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə aidiyyəti dövlət qurumlarının və biznes inkubatorların idarəedicilərinin iştirakı ilə İqtisadiyyat Nazirliyində yaradılmış əlaqələndirici komissiyanın iclası keçirilib.

Deputatlarımız Avstriyaya səfər edəcəklər

12 Fevral 2018 14:15

Milli Məclisin deputatları Tahir Mirkişili və Kamran Nəbizadə Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin parlament üzvləri üçün ticarət siyasəti üzrə seminarda iştirak etmək üçün fevralın 12-dən 16-dək Avstriyada səfərdə olacaqlar. MM-dən “Olaylar”a verilən məlumata görə, Ümumdünya Ticarət Təşkilatının və Vyana Birgə institutunun təşkilatçılığı ilə baş tutacaq toplantıda ÜTT-nin regionlararası ticarətdə birbaşa rolu, yerli ticarət və razılaşmalarda çoxşaxəlilik, ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsində parlamentlərin rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. Millət vəkillərimiz müzakirə edilən məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Alimlərdən növbəti gözlənilməz kəşf

12 Fevral 2018 14:13

Elm adamları insan yumurtalarını ilk dəfə olaraq laboratoriya şəraitində əldə etməyi bacarıblar. Şotlandiyanın Edinburq Universitetinin tədqiqatçıları qadınlardan alınan yumurta hüceyrələrini ilk dəfə yumurtalıqdan kənarda yarada biliblər.

Tolik Təranə Qumralın gecə göndərdiyi FOTOlarını efirdə göstərdi

12 Fevral 2018 14:14

Bu gün "Hər şey daxil" verilişində müğənni Təranə Qumral telefon vasitəsi ilə efirə qoşulub. Aparıcı Tolik xanım ifaçının gecə saatlarında ona wathsapp-da fotolarını göndəridyini deyib. O, verilişin redaktorundan həmin fotoların efirə verilməsini istəyib.

MOSSAD casusundan Türkiyə ilə bağlı XAİN PLAN: NATO hücum etməli və...

12 Fevral 2018 14:10

MOSSAD-ın agenti olduğu deyilən yəhudi əsilli fransız filosof Bernard Henri Levi ABŞ-ın “The Wall Street” jurnalında dərc olunan məqaləsində NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb.

Müstəntiq vəzifəsindən kənarlaşdırıldı

12 Fevral 2018 14:08

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işini araşdırmış müstəntiq vəzifəsindən kənarlaşdırılıb.  Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasovun sərəncama götürüldüyü bildirilir. Məlum olub ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı Rəhim Rəhimovun yox, onların ailə sürücüsüi olan Əmrulla Şahbazovun törətdiyi göstərilib. Rəhim Rəhimovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatında araşdırılır.

Teatrda Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim

12 Fevral 2018 14:05

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Zərnigar Ağakişiyevanın üç mərasimi keçirilib. Mərasimdə Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, xalq artisti Arif Quliyev və başqaları iştirak edib. Olaylar.az bildirir ki, teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb.