Masallıda məktəb yanıb

Masallı rayonunda üçmərtəbəli məktəb binasının üçüncü mərtəbəsindəki sinif otağında 1,5 m2 sahədə döşəmə yanıb.FHN-dən “Olaylar”a verilən məlumata görə, hadisə zamanı binadan 68 şagird yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunda üçmərtəbəli məktəb binasının üçüncü mərtəbəsindəki sinif otağında 1,5 m2 sahədə döşəmə yanıb.FHN-dən "Olaylar"a verilən məlumata görə, hadisə zamanı binadan 68 şagird yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31