Alimlərdən növbəti gözlənilməz kəşf
Elm adamları insan yumurtalarını ilk dəfə olaraq laboratoriya şəraitində əldə etməyi bacarıblar. Şotlandiyanın Edinburq Universitetinin tədqiqatçıları qadınlardan alınan yumurta hüceyrələrini ilk dəfə yumurtalıqdan kənarda yarada biliblər.
12 Fevral 2018 14:13 DünyaElm adamları insan yumurtalarını ilk dəfə olaraq laboratoriya şəraitində əldə etməyi bacarıblar. Şotlandiyanın Edinburq Universitetinin tədqiqatçıları qadınlardan alınan yumurta hüceyrələrini ilk dəfə yumurtalıqdan kənarda yarada biliblər.
Araşdırma zamanı qadınlardan yetişməmiş yumurta hüceyrələrini alan tədqiqatçılar bu hüceyrələr üçün laboratoriyada oksigen səviyyəsi, hormonlar və proteinlər (zülallar) baxımından insan vücudundakına bənzəyən mühit yaradıblar. Onlar hüceyrələrin döllənmə mərhələsinə qədər olan böyüməsini müşahidə ediblər.
Bir neçə il davam edən tədqiqatda alimlər insan yumurtasının necə yarandığını öyrəniblər. Yumurtanın inkişaf prosesi daha əvvəllər belə ayrıntılı şəkildə müşahidə edilməyib.