Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

Bakı-Böyük Kəsik mənzilində surətin artırılması ilə əlaqədar olaraq, 38/37 nömrəli Bakı-Tbilisi-Bakı qatarının hərəkət cədvəli Bakıdan və Tbilisidən 15.02.2018-ci il tarixdən etibarən dəyişdirilir. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, qatar Bakıdan saat 21-50-də yola düşməklə Tbilisiyə saat 10-30-da (10-50 əvəzinə) çatacaq. Tbilisidən saat 20-35-də (19-45 əvəzinə) yola düşəcək və Bakıya saat 9-00-da çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31