Gündəm
Minsk formatı köhnəlmiş bir mexanizmdir
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona daha bir uğursuz səfəri başa çatdı. Səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən vasitəçilər bəyanatla çıxış ediblər. Bəyanatda yaxın günlərdə təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıq ifadə olunur. Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırırlar. Vasitəçilər həmçinin münaqişə tərəflərini təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər. Həmsədrlərin regiona bu dəfəfki səfəri və verdikləri bəyanatla bağlı fikirlərini bölüşən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin başa çatan region səfəri ilə bağlı yekun bəyanatla çıxışı və bu bəyanatda irəli gələn müddəalar münaqişənin həllinə deyil, status-kvonun qorunmasına hesablanmış bir bəyanatdır. “Demək olar ki, verilən bəyanatda Ermənistanın işğal faktoru və bunun nəticəsi olaraq yaşanan insdentlər qeyd edilmir.Bakıda və Yerevanda keçirdikləri görüşün yekunu olaraq verilən bəyanat siyasi riyakarlıq və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətlındirilməlidir.
Çavuşoğlu ABŞ-ı TƏHDİD ETDİ: "Ya bunu edəcəksiniz, ya da..."
Lalə Məmmədova Muğam Mərkəzində çıxış edəcək
Fevralın 23-də Beynəlxalq Muğam Mərkəzində “Nəğməkar qız” adlı konsert proqramı təşkil olunacaq. Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan konsertdə Əməkdar Artist Lalə Məmmədova çıxış edəcək.
Gülər Əhmədova intim videoları yayılan gənclərdən danışdı: “O videoda zorlama yoxdur, ailələr isə 30 ildir ki, dostdur”
Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində təhsil alan iki şagirdin intim münasibətinin videosu yayılması ətrafında müzakirələr səngimir. Sabiq milət vəkili Gülər Əhmədova bu mövzu ilə bağlı yayımlanan bir yazı ətrafında gedən müzakirələr zamanı maraqlı fikir səsləndirib. Mövzunun aktualığını və Gülər xanımın fikirlərindəki informasiya yükünü nəzərə almaqla, həmin yanaşmanı təqdim edirik:
Yunus Oğuz: “Azərbaycan televiziyasını YADDAŞ adlandırmaq olar”
1965 -cı il fevral ayının 14. O zaman gənc aktrisa Nəcibə Məlikovanın "Göstərir Bakı" çıxışı ilə hər kəs təəccüblə evlərində eşidilən yeni səsə, yeni görüntüyə hakim kəsildi... 62 ildi bu hakimliyə sahib olan Azərbaycan Dövlət Televiziyası indi təkcə Bakını göstərmir. Dünyada və eləcə də ölkədə baş verən hadisələrlə öz doğma tamaşaçılarını xəbərdar edir. 1965 –cı il fevral ayının 14. O zaman gənc aktrisa Nəcibə Məlikovanın “Göstərir Bakı” çıxışı ilə hər kəs təəccüblə evlərində eşidilən yeni səsə, yeni görüntüyə hakim kəsildi… 62 ildi bu hakimliyə sahib olan Azərbaycan Dövlət Televiziyası indi təkcə Bakını göstərmir. Dünyada və eləcə də ölkədə baş verən hadisələrlə öz doğma tamaşaçılarını xəbərdar edir.
“Əli və Nino” şəbəkəsi uşaqlar arasında homoseksuallığı təbliğ edir – İDDİA
132-134 saylı təhsil kompleksinin 7 və 11-ci sinif şagirdlərinin intim videosu yayıldıqdan sonra bir daha həddi-büluğa çatmamış uşaqların psixoloji vəziyyəti gündəmə gəldi. Sosial şəbəkələrdə yayılan, “Əli və Nino” şəbəkəsinin 28 mall ticarət mərkəzindəki mağazasında çəkildiyi iddia edlən foto insanların etirazına səbəb olub. Belə ki, uşaqlar üçün nəzərdə tutulan oyuncaqların öpüşməyi onların alt şüuruna işləyir və xoşagəlməz hal bir müddət sonra özünü göstərir.
“Excelsior Hotel & Spa Baku” oteli ilin otel və SPA kompleksi seçilib
“Excelsior Hotel & Spa Baku” oteli “Business Time” jurnalı tərəfindən ilin otel və SPA nominasiyası üzrə “Azeri Business Award 2017” Milli mükafatına layiq görülüb. “OLAYLAR”-a daxil olan məlumatra görə, mükafat 10 fevral 2018-ci il tarixində “Azeri Business Award” mükafatının təqdimetmə mərasimində “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraza təqdim edilib.
Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır
Fevralın 15-dən etibarən Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.
Daha bir yaşayış məntəqəsi qazlaşdırıldı
Salyan rayonunun Kürsəngi kəndinə təbii qaz verilib. “OLAYLAR” "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 940 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 76 min 244 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
İctimai nəqliyyatda davranış qaydaları ilə bağlı sosial çarx hazırlanır
İctimai nəqliyyatda davranış qaydaları ilə bağlı növbəti maarifləndirici "sosial rolik" hazırlanır. “OLAYLAR xəbər verir ki, bu barədə məlumatı "BakuBus" MMC yayıb. Bildirilib ki, "sosial rolik"in çəkilişləri davam edir.
Azərbaycanın layiqli namizədi cənab İlham Əliyevdir
Aprelin 11-də ölkədə keçiriləcək president seçkilərində hakim Yeni Azərbaycan Partiyası tərəfindən Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi hər bir sahədə fəaliyyət göstərən vətənpərvər, milltətsevər insanlar tərəfindən rəğbətlə və məmnunluqla qarşılanıb. Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsindən keçən qısa müddət ərzində ayrı-ayrı sahənin təmsilçiləri, nümayəndələri bir araya gələrək hakim partiyanın namizədinə rəsmi şəkildə dəstək nümayiş etdirir, seçkilərlə bağlı öz mövqelərini, seçimlərini aydın şəkildə ortaya qoyurlar.
Millimiz dünya reytinqində ilk ONLUQDA
Türkiyəyə hücum əmri verən “qara qutu” MƏHV EDİLDİ
PKK terror təşkilatının Suriyadakı kəşfiyyat işlərindən məsuliyyətli üzvü olan “Cudi Amed” kod adlı terrorçu fevralın 5-də Hasekedə öldürülüb. ABŞ-ın PKK-ya silah-sursat yardımlarını koordinasiya edən terrorçu təşkilatın “qara qutu”su adlanırdı. 2014-cü ildən başlayaraq, ABŞ-ın Suriyaya göndərdiyi silah-sursatı təhvil alan “Cudi Amed” bölgəyə 2012-ci ildə Qəndildən (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir –red.) göndərilib. PKK-nın Türkiyədə həyata keçirdiyi bir çox terror hücumlarının əmrini verən “Cudi Amed” təşkilatın Suriya qanadı olan PYD-nin “kölgə lideri” kimi tanınırdı.
Qarabağa köçürülməsi planlaşdırılan Rusiyanın “məxfi ordusu”na ABŞ-dan BÖYÜK ZƏRBƏ
Amerika qoşunları Suriyanın Deyr-ez-Zor əyalətinin Xaşşam yaşayış məntəqəsində aviazərbələr zamanı Rusiya tərəfini xəbərdar etmişdi.
Erməni müğənni Zeynəb Xanlarovanın mahnısını oğurladı
Həmişə Azərbaycan xalq mahnıları ilə gündəmə gələn erməni müğənnisi Hayko Spitaklı bu dəfə də öz əməlindən əl çəkməyib. Məlumata görə, bu barədə xəbər verən BDU-nun Erməni araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi bildirib ki, erməni müğənni bu günlərdə o sosial şəbəkədə “Yeni erməni xiti” başlığı ilə “Qarun, qarun” mahnısını təqdim edib.














