Daha bir yaşayış məntəqəsi qazlaşdırıldı

Salyan rayonunun Kürsəngi kəndinə təbii qaz verilib. “OLAYLAR” "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 940 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 76 min 244 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Salyan rayonunun Kürsəngi kəndinə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə "Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyev, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 940 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 76 min 244 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirdə çıxış edən "Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə "mavi yanacaq"la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31