“Əli və Nino” şəbəkəsi uşaqlar arasında homoseksuallığı təbliğ edir – İDDİA
132-134 saylı təhsil kompleksinin 7 və 11-ci sinif şagirdlərinin intim videosu yayıldıqdan sonra bir daha həddi-büluğa çatmamış uşaqların psixoloji vəziyyəti gündəmə gəldi. Sosial şəbəkələrdə yayılan, “Əli və Nino” şəbəkəsinin 28 mall ticarət mərkəzindəki mağazasında çəkildiyi iddia edlən foto insanların etirazına səbəb olub. Belə ki, uşaqlar üçün nəzərdə tutulan oyuncaqların öpüşməyi onların alt şüuruna işləyir və xoşagəlməz hal bir müddət sonra özünü göstərir.
12 Fevral 2018 13:46 Sosial132-134 saylı təhsil kompleksinin 7 və 11-ci sinif şagirdlərinin intim videosu yayıldıqdan sonra bir daha həddi-büluğa çatmamış uşaqların psixoloji vəziyyəti gündəmə gəldi. Sosial şəbəkələrdə yayılan, "Əli və Nino" şəbəkəsinin 28 mall ticarət mərkəzindəki mağazasında çəkildiyi iddia edlən foto insanların etirazına səbəb olub. Belə ki, uşaqlar üçün nəzərdə tutulan oyuncaqların öpüşməyi onların alt şüuruna işləyir və xoşagəlməz hal bir müddət sonra özünü göstərir.
Təəssüf ki, hər şey bununla bitmir, oyuncaqlara daha yaxından baxanda qızla qızın, oğlanla oğlanın öpüşdüyü görünür, bu isə açıq şəkildə homoseksuallığın təbliğidir. Sözügedən mağazalar şəbəkəsinin daha əvvəl də bu kimi kampaniyaları olub, lakin heç bir məsuliyyətə cəlb edilməyən şəbəkə bundan məharətlə istifadə edir, özünün insanlarda ikrah hiss oyadan fəaliyyətinə davam edir. Mağaza ilə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verilməyib. Minval.İnfo