Gündəm

Təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı araşdırma aparılır

12 Fevral 2018 13:27

“Azərbaycan Xarici İşlər, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan vətəndaşı olmasını araşdırıb”. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan vətəndaşıdır: “Məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiyanın müvafiq dövlət təşkilatları ilə təmasdadır”.

Armen Sərkisyanın Qarabağa səfərinin qarşısı alınmalıydı

12 Fevral 2018 13:26

Armen Sarkisyanın korteji Azərbaycan ərazilərində vurulmalı idi. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama politoloq Məhəmməd Əsədullazadə çıxış edib: "Ermənistan prezidentliyinə namizəd Armen Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib. Burada separatçı rejimin başçısı Bako Saakyan və erməni icması ilə görüş keçirib. Qeyd edim ki, Yerevan doğumlu olan Armen Sarkisyanın Qarabağa səfəri prezident Serj Sarkiyanın təlimatı ilə reallaşır.

Rusiyada təyyarə qəzaları niyə tez-tez baş verir?

12 Fevral 2018 13:12

"The Independent" yazır ki, ötən il dünyada aviasiya təhlükəsizliyi üçün ən yaxşı il olsa da, statistikaya görə növbəti böyük aviaqəzanın Rusiyada baş verəcəyini proqnozlaşdırmaq olardı.

Kənd toyunda 5 yaşlı qıza təcavüz etmək istədi

12 Fevral 2018 13:05

Türkiyədə 20 yaşlı gənc 3 yaşlı qıza təcavüz etmək istəyib.  Hadisə Adana şəhərində baş verib. Belə ki, Adananın Yüreğir məhəlləsində küçədə edilən toy zamanı fürsətdən istifadə edən 20 yaşlı Sedat K. evdə tək qalan qızı zorlamaq istəyib.

Günay eks-ərini məhkəməyə verdi

12 Fevral 2018 13:02

Model Günay Musayeva eks-əri Tolqa Kareli məhməyə verib. O, oğlu Cahangirə 500 TL dəyərində aliment verməyən aktyor barəsində İstanbul 25-ci İcra Komitəsinə müraciət edib.  32 yaşlı model 20 ay ərzində eks-ərinin aliment vermədiyini, ümumi borc miqdarının 12 min 698 türk lirəsi olduğunu bildirib. 

Məktəblilər təhlükəsizliklə bağlı maarifləndirilir

12 Fevral 2018 12:59

Paytaxt məktəblərində fövqəladə hallar zamanı istifadə olunan təhlükəsizlik avadanlıqlarına baxış və məktəblilər üçün təlim keçirilir. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən reallaşdırılan təlimin  əsas məqsədi şagirdlərin fövqəladə vəziyyətlərə hazırlığını yoxlanmaq, təxliyyə planlarına nəzər salmaq, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinə və hadisələrə qarşı məktəbliləri  psixoloji cəhətdən hazırlamaqdan ibarətdir. Təlim prosesində məktəblilər bütün növ təhlükəsizlik avadanlıqları ilə tanış olur və onların funksionallığını nəzərdən keçirirlər.

Gürcüstan ərazi bütövlüyü prinsipini alver predmetinə çevirməklə divident əldə edəcəyini düşünür

12 Fevral 2018 13:00

Gürcüstan ərazi bütövlüyü prinsipinə tam sadiqlik və dəstək nümayiş etdirmir. Gürcüstan üçün ərazi bütövlüyü prinsipi və onun tətbiq olunduğu dövlətlər siyahısı mövcuddur. Misal üçün baş nazir Q.Kvirikaşvili Davos forumunda Ukrayna və Gürcüstanın ərazi bütövlüyü məsələsini qabartdı.

Goranboyda 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur

12 Fevral 2018 12:58

Goranboy rayonunda ümumi uzunluqları 34 km olan və 26.5 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini əhatə edən 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır. Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.

Tramp 41 milyona aldığı malikanəni rus milyarderə 100 milyona necə satıb?

12 Fevral 2018 12:54

ABŞ Senatınının maliyyə komitəsinin üzvü Ron Vayden Maliyyə Nazirliyinə sorğu göndərib. Senator sorğuda Floridadakı Palm-Biç rayonunda prezident Donald Trampa məxsus malikanənin Rusiya milyarderi Dmitri Rıbolovlevə satması ilə bağlı bəzi şübhəli məqamlaırn olduğunu bildirib.

VİP-də fikir ayrılığı yaranıb

12 Fevral 2018 12:51

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş prezident seçkilərində iştirak məsələsi müzakirə olunub. Müzakirələrin əvvəlində VİP-in 2017-ci il mayın 28-də keçirilmiş IV Qurultayında partiyanın sədri Əli Əliyevin prezidentliyə namizədliyinin elan olunduğu bildirilərək, 11 aprel seçkilərində iştirak etmək və ya etməmək haqqında qərar vermək səlahiyyətinin Məclisə aid olduğu diqqətə çatdırılıb.

Nazirlikdən əxlaqsız şagirdlə bağlı - Çağırış

12 Fevral 2018 12:49

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində biabırçı hadisə baş verib. Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək, sosial şəbəkələrdə yayıb.

Təyyarə qəzaya uğradı – iki nəfər həlak oldu

12 Fevral 2018 12:48

Norveçin Lofoten adaları yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb. Olaylar.az bildirir ki, qəza zamanı iki nəfər həlak olub.

Ağ Ev səhv etdi

12 Fevral 2018 12:47

ABŞ-ın Pakistana münasibəti Rusiyanın öz mövqelərini gücləndirməsi üçün uğurlu vakuum yaradıb. Bu iddia ilə “Deyli Tayms” qəzeti çıxış edib. Qəzet ABŞ-la Pakistan arasındakı gərginliyin Moskvanın regionda öz təsir dairəsini genişləndirmək üçün qızıl şans yaratdığını bildirib: “Tarix göstərir ki, bu cür şanslar dövlətlərin əlinə on ildə, hətta yüz ildə bir dəfə düşür. Pakistan əsas regional oyunçudur.

An-148-də ölənlərdən biri deputatdır

12 Fevral 2018 12:45

Rusiyanın Norilsk Şəhər Şurasının deputatı Sergey Pançenko An-148 təyyarə qəzasında həlak olub. Bu barədə informasiyanı Norilsk şəhər meriyası yayıb. Meriya Pançenkonun həyat yoldaşının artıq Moskvaya uçduğunu bildirib.