VİP-də fikir ayrılığı yaranıb

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş prezident seçkilərində iştirak məsələsi müzakirə olunub. Müzakirələrin əvvəlində VİP-in 2017-ci il mayın 28-də keçirilmiş IV Qurultayında partiyanın sədri Əli Əliyevin prezidentliyə namizədliyinin elan olunduğu bildirilərək, 11 aprel seçkilərində iştirak etmək və ya etməmək haqqında qərar vermək səlahiyyətinin Məclisə aid olduğu diqqətə çatdırılıb.

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, iclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş prezident seçkilərində iştirak məsələsi müzakirə olunub. Müzakirələrin əvvəlində VİP-in 2017-ci il mayın 28-də keçirilmiş IV Qurultayında partiyanın sədri Əli Əliyevin prezidentliyə namizədliyinin elan olunduğu bildirilərək, 11 aprel seçkilərində iştirak etmək və ya etməmək haqqında qərar vermək səlahiyyətinin Məclisə aid olduğu diqqətə çatdırılıb. Çıxış edən Məclis üzvlərinin bir qismi Əli Əliyevin namizədliyinin artıq elan olunduğunu və cəmiyətə bununla bağlı qəti mesajlar verildiyini əsas götürərək, 11 aprel seçkilərinə qatılmağın zəruriliyini vurğulayıblar. İclasda seçkidə iştirak etməmək barədə də fikirlər səsləndirilib və 11 aprel seçkilərinə münasibətdə konsensusun əldə edilməsi mümkün olmayıb.

Tərəflərin öz mövqelərində qəti dayandıqlarını və VİP sədri Əli Əliyevin hazırda ölkə xaricində olduğunu nəzərə alan Məclis üzvləri iclasın fevralın 18-də davam etdirilməsini məqbul sayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31