Goranboyda 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur
Goranboy rayonunda ümumi uzunluqları 34 km olan və 26.5 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini əhatə edən 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır. Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.
12 Fevral 2018 12:58 SosialGoranboy rayonunda ümumi uzunluqları 34 km olan və 26.5 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini əhatə edən 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır. Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq. Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşlarımızın Goranboy rayonunun Dəliməmmədli şəhərinə rahat gediş-gəlişi təmin olunsun, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etmək mümkün olsun.