Gündəm

Səbail RİH: "Yaşayış binaları təhlükəli sahədən 5 km aralıda yerləşir"

12 Fevral 2018 12:44

“Bayılda tikilən yeni çoxmənzilli yaşayış binaları təhlükəli sahədən 5 kilometr aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır”. Bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

“Bayılda təhlükəli sahədə yerləşən tikililər plansız, bir gecəyə tikilən evlərdir”

12 Fevral 2018 12:41

“Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan əraziyə yağan intensiv yağıntılar buradakı duruma təsir göstərir, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına hopub. Nəticədə sürüşməyə meylliliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb”. Bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. Onun sözlərinə görə, İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb: “Əhalinin bu ərazidən vaxtında köçürülməsi nəticəsində xəsarət alan olmayıb”.

Gənclərin və idmançıların respublika toplantısı keçirilib

12 Fevral 2018 12:38

Bu gün Azərbaycan Respublikası Prezidentinin seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib. Məlumata görə, toplantı Azərbaycan dövlət himninin səslənməsi və Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi illə başlayıb.

Elman Rüstəmov: "2018-ci ildə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir"

12 Fevral 2018 12:31

"2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir edib". Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədriElman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə qeyri-neft sektorunda 2,7%-lik iqtisadi artım baş verib.

Həsən Ruhaniyə mesaj çatdırıldı - Böyük müharibənin AYAQ SƏSLƏRİ

12 Fevral 2018 12:29

İsrail Avropa ölkələri vasitəsilə İrana Livan və Suriyadakı fəaliyyətinə dair ciddi xəbərdarlıqlar edib. Bu haqda İsrail “Kanal 10” telekanalı israilli və avropalı diplomatik mənbələrə istinadən bildirib. Xəbərə görə, xəbərdarlıq mesajları Almaniya, İngiltərə və Fransa vasitəsilə İran prezidenti Həsən Ruhani ilə onun müşavirinə çatdırılıb. Xəbərdarlıqlarda Livanda raket və silah fabriki, Suriyada isə hərbi bazanın qurulması ilə əlaqədar ciddi xəbərdarlıq olunub. Dünən isə İslam İnqilabının 39-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən İran prezidenti Həsən Ruhani ad çəkmədən İsrail və ABŞ-a mesaj göndərib.

Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək

12 Fevral 2018 12:26

"Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək". Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədriElman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, belə olan şəraitdə AMB yaranmış status-kvonu saxlamağa çalışacaq.

Elman Rüstəmov inflyasiyanın aşağı düşməsinin səbəblərini açıqlayıb

12 Fevral 2018 12:25

"Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar ayında orta illik inflyasiya 5,5% təşkil edib". Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib

12 Fevral 2018 12:23

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalısoyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Məlumata görə, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Məhbuslar gözətçini döydülər, həmkarı kömək etmədi

12 Fevral 2018 12:20

ABŞ-da Nyu York həbsxanalarının birində 5 məhbus gözətçini döyüb. Məlumata görə, hücum zamanı qurbanın iş yoldaşı masanı təmizləyib və baş verənlərə reaksiya verməyib. Belə ki, məhbuslardan biri qəfildən gözətçiyə hücum edib və onun üzünə zərbə endirib. Daha sonra daha 4 cinayətkar otağa girib və onu döyməyə başlayıb.

Təyyarə qəzasında ölən azərbaycanlı kriminal avtoritet imiş

12 Fevral 2018 12:19

Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov kriminal aləmin üzvü olub. Qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu krminal aləmdə "Haqqı" ləqəbi ilə tanınan kriminal avtoritet olub.

DİQQƏT - Kişilərdə sonsuzluğa səbəb olan dərmanla bağlı YENİ İDDİA

12 Fevral 2018 12:17

Fransa və Danimarka alimlərinin ibuprofen tərkibli dərmanlarla bağlı araşdırmasından sonra yeni iddialar gündəmə gəlib.  ABŞ-ın Boston Universitetinin alimləri bu dərmanlarla bağlı araşdırma aparıb. Onların qənaətinə görə, bu dərmanların daxili qanaxmadan başlayaraq infarkta qədər bir çox əks təsiri var. Mütəxəssislər dərmanın həkim nəzarətində istifadəsini mütləq sayıb.

Federasiya prezidenti istefa verdi

12 Fevral 2018 12:14

Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Aqil Acalov vəzifəsindən istefa verib. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Aqil Acalov özünün facebook profilində yayıb. Lakin sabiq federasiya rəhbəri istefasının səbəblərini açıqlamayıb. "Mənə əziz və doğma olan Alpaqut kollektivi ilə işləmək mənə olduqca xoş idi. İndiyə qədər yanımda olub mənə dəstək olduğunuz üçün hər birinizə minnətdaram. Yaxın zamanda mətbuata açıqlama verəcəm".

Lavrovdan təhdid kimi BƏYANAT: “Bu, böyük səhv olacaq”

12 Fevral 2018 12:13

"Donbasın reinteqrasiyası haqqında qanun qəti qəbul edilərsə, bu, Minsk razılaşmalarının dağıdılması üzrə Ukraynanın böyük səhvi olacaq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına bildirib. “Doğrusu, Kiyev hakimiyyəti bu səhvin bir addımlığındadır. Reinteqrasiya haqqında qanun hələ ikinci oxunuşdan keçib. Baxaq”, - Rusiya naziri deyib. Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Maryana Betsa Lavrovun bəyanatını şərh edib. “Minsk razılaşmalarının dağılması Rusiyanın öz öhdəliklərini yerinə yetirməməsi və təcavüzünü davam etdirməsi nəticəsində baş verir”, - ukraynalı diplomat Tvitter səhifəsində yazıb.

Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır

12 Fevral 2018 12:11

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki,  eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 118 yoldəyişən yenisi ilə əvəz olunub.

Məktəblinin intim videosuna baxmaq istəyənlər

12 Fevral 2018 12:07

Həftə sonu canfəşanlığından- sil süpürdən, biş düşdən canımı qurtarıb  üz tutdum sosial şəbəkələrə ki, görüm dünya neçə bucaqdır? Nə var, nə yox, nə baş verir. Gördüm yenə hay-həşirdi , ağız deyəni qulaq eşitmir. Baxdım, baxdım, sonra baxa bilmədim artıq, əsəblərim dözmədi.