Gündəm
Dini Komitə rəsmisi: “İnstitutun fəaliyyətə başlaması ilə bu sahədə milli kadr çatışmazlığına da son qoyulacaq...”
Azərbaycanda İlahiyyat İnstitutu yaradılır. Belə ki, prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq, Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.
Keçmiş aparıcı vəfat edib
Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yarandı - SOS
“Bayıl yamacındakı sürüşmə aktiv fazadadır. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Azərbaycandan Həcc ziyarəti üçün ayrılan kvota kəskin azaldı
Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı məlum olub. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il Azərbaycanda Həccə 600 zəvvar gedə biləcək. Bu, indiyə qədər Azərbaycandan Həcc ziyarəti üçün ayrılan ən az kvotadır. Buna qədər ən az yer ötən il ayrılmışdı. 2017-ci ildə Azərbaycandan Həccə 900 zəvvar getmişdi.
Şad xəbər: pulsuz müayinələrə start verildi – 3 ay...
Bu gündən ölkə əhalisinin pulsuz tibbi müayinələrdən keçirilməsinə start verilir. Səhiyyə nazirinin müavini Nigar Əliyevanın sərəncamına əsasən, əhalinin tibbi müayinələrdən keçirilməsi mayın 12-dək davam edəcək. Bu müddət ərzində respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar.
Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.
Məşhur xanım idmançının evindən içərisində 70 min manat olan seyf oğurlanıb
Bakıda məşhur xanım idmançının evi qarət olunub. Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.
Nura Suridən qalmaqallı AÇIQLAMA: "Tünzalə Ağayeva və Natavan Həbibi..." - VİDEO
Nura Surinin “ATV maqazin onlarla” verilişində həmkarları haqqında çıxışı daha bir qalmaqala səbəb olacaq. Adı çəkilən verilişin “Hit parad” rubrikasında bu dəfə Nura Suri qonaq olub. Cəsarətli çıxışları ilə seçilən Nura həmkarları barədə tənqidi fikirlər səsləndirməkdən çəkinməyib.
Ankara Vaşinqtonla Suriya ilə bağlı danışıqlar aparmaq istəmir
Ankara Vaşinqtonla Suriya ilə bağlı danışıqlar aparmaq istəmir. Məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib. B.Bozdağ qeyd edib ki, ABŞ "Zeytun budağı" hərbi əməliyyatı ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə nümayəndə heyəti göndərmək əvəzinə, terrorçulara dəstəyi dərhal dayandırmalıdır.
İnstitut direktoru: Xəzərdə “süd qasırğası”nın baş verməsi adi haldır
Xəzər dənizində “süd qasırğası” deyilən prosesin baş verməsi adi haldır. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, akademik Ramiz Məmmədov deyib.
Əli Əhmədov prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib.
Qış Olimpiya Oyunlarında önəmli DƏYİŞİKLİK - Təmsilçimiz bu tarixdə yarışacaq
2018-Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Pxençanda tarixi yarışın 2 günü geridə qalıb. Ölkəmizin bir idmançı ilə təmsil olunduğu yarışda artıq 6 medal öz sahiblərini tapıb. Dağ xizəyi yarışında qızıl medalı kişilərdən 87,16 xalla amerikalı olimpiyaçı Redmond Gerard qazanıb. 17 yaşlı Redmond dağ xizəyi kateqoriyasında ən gənc kişi idmançıdır.
Amerika əsgərləri “Mehmetcik"lə müharibəyə yollandı – Qorxunc proqnoz ÖZÜNÜ DOĞRULDUR
“Suriyanın Afrin bölgəsinə keçən son qrup tanıdığımız PKK terror qrupu deyil”. Bu iddia ilə təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar çıxış edib. Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar əsgərlərdən ibarətdir. Mütəxəssis onların hamısının ABŞ silahları ilə keçdiyini deyib. Əsgərlərinin bir hissəsinin Amerika əsgərləri olduğuna işarə edən təhlükəsizlik mütəxəssisi hesab edir ki, PKK terrorçuları normalda gizlətmir.
Bella Hadinin qüsursuz dərisinin sirri ortaya çıxdı
Dünya şöhrtəli model Bella Hadidin sağlam qidalanma üzrə məsləhətçisi Çarlz Pasler onun qüsursuz dərisinin sirlərini sadalayıb. Hadidin dietoloqu dərinin parıltılı və sağlam görünməsi üçün 3 sadə vasitəyə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, xlorofil damlaları çox faydalı xassələrə malikdir: "Çin təbabətinə görə, bu damlalar dərinin parlaqlığını artırır. Xrolofil həzm sistemində toksinlərin atılmasına yardımçı olduqları üçün dəriyə birbaşa təsir edir. Xrolofil eyni zamanda ağız qoxularını da aradan qaldırır”.














