Şad xəbər: pulsuz müayinələrə start verildi – 3 ay...

Bu gündən ölkə əhalisinin pulsuz tibbi müayinələrdən keçirilməsinə start verilir. Səhiyyə nazirinin müavini Nigar Əliyevanın sərəncamına əsasən, əhalinin tibbi müayinələrdən keçirilməsi mayın 12-dək davam edəcək. Bu müddət ərzində respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar.

Qeyd edək ki, fevralın 2-də Səhiyyə nazirinin müavini Nigar Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə" sərəncam imzalayıb. Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31