Lalə Məmmədova Muğam Mərkəzində çıxış edəcək
Fevralın 23-də Beynəlxalq Muğam Mərkəzində “Nəğməkar qız” adlı konsert proqramı təşkil olunacaq. Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan konsertdə Əməkdar Artist Lalə Məmmədova çıxış edəcək.
12 Fevral 2018 14:04 MədəniyyətFevralın 23-də Beynəlxalq Muğam Mərkəzində "Nəğməkar qız" adlı konsert proqramı təşkil olunacaq.
Muğam Mərkəzinin və "Mədəniyyət" kanalının birgə layihəsi olan konsertdə Əməkdar Artist Lalə Məmmədova çıxış edəcək.
Konsertdə ifaçını Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına "Dan Ulduzu" instrumental ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri Əməkdar Artist Tariyel Abbasovdur
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31