Minsk formatı köhnəlmiş bir mexanizmdir

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona daha bir uğursuz səfəri başa çatdı. Səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən vasitəçilər bəyanatla çıxış ediblər. Bəyanatda yaxın günlərdə təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıq ifadə olunur. Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırırlar. Vasitəçilər həmçinin münaqişə tərəflərini təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər. Həmsədrlərin regiona bu dəfəfki səfəri və verdikləri bəyanatla bağlı fikirlərini bölüşən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin başa çatan region səfəri ilə bağlı yekun bəyanatla çıxışı və bu bəyanatda irəli gələn müddəalar münaqişənin həllinə deyil, status-kvonun qorunmasına hesablanmış bir bəyanatdır. “Demək olar ki, verilən bəyanatda Ermənistanın işğal faktoru və bunun nəticəsi olaraq yaşanan insdentlər qeyd edilmir.Bakıda və Yerevanda keçirdikləri görüşün yekunu olaraq verilən bəyanat siyasi riyakarlıq və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətlındirilməlidir.

Bu format hazırda Ermənistanın siyasi maraqlarına xidmət edir və danışıqlar prosesini uzadır

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona daha bir uğursuz səfəri başa çatdı. Səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən vasitəçilər bəyanatla çıxış ediblər. Bəyanatda yaxın günlərdə təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıq ifadə olunur. Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırırlar. Vasitəçilər həmçinin münaqişə tərəflərini təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər. Həmsədrlərin regiona bu dəfəfki səfəri və verdikləri bəyanatla bağlı fikirlərini bölüşən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin başa çatan region səfəri ilə bağlı yekun bəyanatla çıxışı və bu bəyanatda irəli gələn müddəalar münaqişənin həllinə deyil, status-kvonun qorunmasına hesablanmış bir bəyanatdır. "Demək olar ki, verilən bəyanatda Ermənistanın işğal faktoru və bunun nəticəsi olaraq yaşanan insdentlər qeyd edilmir.Bakıda və Yerevanda keçirdikləri görüşün yekunu olaraq verilən bəyanat siyasi riyakarlıq və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətlındirilməlidir.

Həmsədrlər qeyd edir ki, "Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması istiqamətində kömək etməkdə qətiyyətliyik. Eyni zamanda tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla, intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq". Göründüyü kimi bu bəyanatda "xalqların öz müqəddaratı" müddəasının qeyd edilməsi, Yerevanın bu illər ərzində əlini gücləndirib. Məhz bu "müqəddarat" prinsipinə görə münaqişənin həlli bir neçə onilliklərdir ki, davam edir. Əgər həmsədrlər insdentlərin və ölümlərin olduğundan narahatdırsa, ilk növbədə Yerevanın işğal olunmuş ərazilərin boşaldılmasını tələb etməlidir. Qeyd edərdim ki, ilin başlanğıcında reallaşan bu səfər konfliktin həlli ilə bağlı heç bir müsbət impuls vermədi".

Politoloq deyib ki, Minsk formatı hazırda Ermənistanın siyasi maraqlarına xidmət edən və danışıqları uzadan köhnəlmiş bir mexanizmdir: "Aprelin 11-dən sonra Azərbaycan Minsk formatının dəyişilməsinə çalışmalı, həmçinin Avropa birliyinin münaqişənin həlli ilə bağlı mövqeyini ortaya qoymalıdır. Çünki, Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatda "xalqların öz müqəddaratı" müddəası yer almır, prinsipial olaraq Helsinki Yekun Aktına və BMT-nin məlum qətnamələrinə əsaslanır. Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik məsələri üzrə ali komissarı Federika Mogerinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquqa söykənən bəyanatı bir daha bunu sübut edir. Mogerinin qeyd etdikləri Brüsselin Azərbaycanla əməkdaşlıqda və strateji tərəfdaşlıqda maraqlı olduğundan irəli gəlir. Avropa Birliyi Azərbaycanla enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq bütün spektrləri əhatə etməli və Azərbaycana tam dəstəyin ifadə olunmasına çalışılmalıdır". Məhəmməd Əsədullazadə qeyd edib ki, rəsmi Bakı mütləq şəkildə münaqişənin həlli ilə bağlı növbəti aylarda dönüş yaratmalı, diplomatik danışıqlarda uğura cəbhədə təzyiq vasitəsilə nail olmalıdır: "Aparılan danışıqlarda qeyri-müəyyənlik var, danışıqların hansı formatda aparıldığı açıqlanmır. Əgər, prinsipial və ölkımizin maraqlarına uyğun uğurlu danışıqlar aparılsaydı bu açıqlanardı. Artıq, nəzərə alaq ki, Qərbin sanksiyaları Rusiyanı bir neçə aydan sonra daha da böhrana yuvarlayacaq.Azərbaycan maksimum bundan istifadə edib Ermənistana hərbi təzyiqləri artırıb, danışıqları yeni fazaya keçirməlidir. Davam edən danışıqlar formatı uğursuz və Yerevana isə əlavə güzəştlər tanıyır. Hesab edirəm ki, Minsk qrupu Ermənistanın maraqlarına xidmət edən davranışlarına son qoymalıdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31